İQTİSADİYYAT
Dövlət Dəniz Akademiyasında V Beynəlxalq Avrasiya Risk konfransı keçiriləcək
![Dövlət Dəniz Akademiyasında V Beynəlxalq Avrasiya Risk konfransı keçiriləcək](/files/2023/2/1200x630/16843028684677615660_1200x630.jpg)
Bakı, 17 may, AZƏRTAC
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) oktyabrın 17-19-da “Təbii və texnogen risklərin minimallaşdırılması üzrə innovasiyalar” mövzusunda V Beynəlxalq Avrasiya Risk konfransı (RİSK-2023) keçiriləcək.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfransda təbii, istehsalat prosesləri ilə bağlı risklər, o cümlədən gəmiçilik, yükdaşımalar və liman əməliyyatları ilə bağlı risklər haqqında məruzələr dinləniləcək.
Konfransa dünyanın aparıcı ölkələrindən tanınmış alimlər məruzəçi kimi dəvət olunub.
Qeyd edək ki, RİSK-2023 konfransı ADDA, “AMİR Technical Servises” şirkəti, Paris dağ-mədən məktəbi, Milan Politexnik Universiteti, Honqkonq Şəhər Universiteti, Dayanıqlılıq üzrə Beynəlxalq Qrup - ABŞ-ın Qnedenko Forumu, Avropa Təhlükəsizlik və Dayanıqlılıq Assosiasiyası və Qingdao Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək.