DÖVLƏT DUMASI MDB ÖLKƏLƏRİNDƏN OLAN KİÇİKYAŞLI ƏCNƏBİLƏRİN VƏTƏNƏ QAYTARILMASI HAQQINDA SAZİŞİ RATİFİKASİYA ETDİ
Saziş Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan və Ukrayna hökumətləri adından 2002-ci il oktyabrın 7-də Kişinyovda imzalanmışdır.
Valideynlərinin və ya digər qanuni nümayəndələrinin himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanların axtarılması və daimi yaşayış dövlətlərinə qaytarılması mexanizmi; öz daimi yaşayış yerlərinə qayıdan yetkinlik yaşına çatmayanların dövlətlərarası daşınmasını həyata keçirən tranzit idarələrinin siyahısı müəyyən edilmişdir.
Saziş hazırlanarkən BMT Baş Məclisinin 1989-cu il noyabrın 20-də qəbul etdiyi Uşaq hüquqları haqqında konvensiya ilə təsdiqlənmiş uşaqların xüsusi müdafiəsi prinsipi nəzərə alınmışdır.
Saziş qüvvəyə mindiyi tarixdən beş il müddətinə bağlanmışdır. Gələcəkdə tərəflər başqa qərar qəbul etməsələr, onun qüvvədə olması müddəti sonrakı 5 il müddətinə avtomatik surətdə uzadılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]