Dövlət İdarəçilik Akademiyasında dərslər onlayn formada davam etdirilir
Bakı, 3 aprel, AZƏRTAC
Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilin davamlılığını təmin etmək məqsədilə dərslər distant tədris olunur.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsi məqsədilə onlayn platformalar üzərindən dərslər davam etdirilir. “Zoom call” proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavr və magistrlər cəlb olunur. Ümumilikdə isə bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulur. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris edilir.
Yaxın günlərdə akademiyanın ixtisasartırma pilləsində təhsil alan müdavimlər üçün də onlayn dərslərə başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [11:57]
ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub
- 23.06.2026 [11:24]
Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub
- 23.06.2026 [11:18]
SABAH qruplarında tədris fəaliyyəti üçün müraciət qəbulu başlanıb
- 23.06.2026 [11:11]
Dövlət qulluğu: məsuliyyət, peşəkarlıq və müasir idarəetmə modeli
- 23.06.2026 [10:43]
AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir
- 22.06.2026 [23:51]
Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib
- 22.06.2026 [23:42]
Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb
- 22.06.2026 [23:08]
Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı
- 22.06.2026 [23:01]