DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.
“Azərbaycan Respublikasının xarici siyasəti” proqramı üzrə kurslarda icra hakimiyyəti orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Bu sahədə tədrisin məqsədi Azərbaycanın dövlət müstəqilliyinin bərpası və onun beynəlxalq əlaqələr sisteminə inteqrasiyası, beynəlxalq aləmdə ölkəmizin geosiyasi yeri, rolu və s. sahələrdə biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni biliklər verilməsidir.
Tədris-tematik plan üzrə kurslarda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət xətti, Azərbaycan-ABŞ münasibətləri müasir mərhələdə və digər məsələlər barədə ətraflı məlumatlar verilmişdir.
Kurslarda Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, tanınmış alim və mütəxəssislər dinləyicilər qarşısında ölkəmizin xarici siyasət xəttinə dair müxtəlif mövzularda çıxışlar etmişlər.
Kursları başa vuran dinləyicilərə sertifikatlar verilmişdir.
Buraxılış mərasimində DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursları bitirən dinləyiciləri təbrik etmiş, onlara xoş arzularını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]