DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA İXTİSASARTIRMA KURSUNUN NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, şəhər, rayon icra hakimiyyətləri orqanları ictimai-siyasi şöbələrinin müdirləri, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri mərkəzi aparatları və gənclərin ictimai birliklərinin nümayəndələrinin iştirak etdikləri “Azərbaycan Respublikasında gənclər siyasəti” proqramı üzrə kursun əsas məqsədi dövlətin gənclər siyasəti, milli dövlət quruculuğunda gənclərin rolu, gənclər siyasətinin hüquqi əsasları, və s. sahələrdə biliklərin sistemləşdirilməsi olmuşdur.
Tədris-tematik plan təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan Respublikasında gənclər siyasəti, onun uğurları, müasir dünyada gəncliyin yeri, rolu və digər mövzuları əhatə etmişdir.
Kursda Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, DİA-nın tanınmış alim-mütəxəssisləri müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Kursun növbəti buraxılışı münasibətilə təşkil edilmiş mərasimdə DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov dinləyiciləri təbrik etmiş, onlara uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]