Dövlət Məşğulluq Agentliyinin sədri: Peşə təhsilini müasir əmək bazarının çağırışlarına uyğunlaşdırmışıq
Bakı, 14 oktyabr, AZƏRTAC
Qarabağ bölgəsində peşə tədris mərkəzlərinin yaradılması işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarını artırmağı hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Bakıda keçirilən "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci DİM dialoqunda çıxışı zamanı deyib.
O bildirib ki, son illər Dövlət Məşğulluq Agentliyi peşə təhsilinin inkişafı, gənclərin əmək bazarına inteqrasiyası və yeni texnologiyalara uyğun kadr hazırlığı sahəsində bir sıra layihələr icra edib.
“Biz artıq peşə təhsilini müasir əmək bazarının çağırışlarına uyğunlaşdırmışıq. Ənənəvi ixtisaslarla yanaşı, data analitika və kibertəhlükəsizlik kimi müasir istiqamətlər də peşə tədris proqramlarımıza daxil edilib”, - deyə Sadiq Əliyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]