SİYASƏT
Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı təltif edilib

Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Dövlət Miqrasiya Xidməti əməkdaşlarının təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
Həmçinin miqrasiya orqanlarında qulluqda fərqləndiklərinə və səmərəli fəaliyyət göstərdiklərinə görə Xidmətin 8 əməkdaşı “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.11.2023 [17:56]
Azərbaycanın xarici işlər naziri macarıstanlı həmkarı ilə görüşüb
- 30.11.2023 [17:34]
Azərbaycanın uğurlu “yaşıl enerji” siyasəti
- 30.11.2023 [14:25]