DÖVLƏT NEFT FONDUNUN MÜŞAHİDƏ ŞURASININ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2007-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2007-ci il büdcəsinin icrası, Fondun 2008-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır.
Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi 2007-ci ildə fəaliyyəti haqqında illik hesabatına, 2007-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Deloyt end Tuş” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2007-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.
Müşahidə Şurası Fondun 2008-ci il büdcəsinə təqdim olunmuş dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim olunmasını qərara almışdır.
İclasda Baş nazir A.Rasizadə 2008-ci il üzrə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]