DÖVLƏT PROQRAMI İNKİŞAF ÜÇÜN GENİŞ PERSPEKTİVLƏR AÇIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, toplantıda respublika hökuməti ilə nüfuzlu beynəlxalq maliyyə və energetika qurumları arasında Azərbaycan DRES-in 1-ci və 8-ci bloklarının, Mingəçevir SES-in 1 və 3-cü hidroaqreqatlarının yenidən qurulması ilə əlaqədar danışıqların aparılması, “Azyolmaş”, “Azərkabel”, “Şüşə lif”, “Qum-çınqıl” səhmdar cəmiyyətlərində məhsul istehsalının və işçilərin sayının artırılması müsbət hal kimi qiymətləndirilmişdir. Lakin şəhərin sənaye müəssisələrinin öz imkanlarından xeyli aşağı səviyyədə işlədiyi, xarici sərmayənin cəlb edilməməsi, qeydiyyatda olan üç min sahibkardan bir neçəsi istisna olmaqla, qalanlarının yalnız ticarət və xidmətlə məşğul olması, ümumi daxili məhsul istehsalında özəl bölmənin cəmi 2,8 faiz təşkil etməsi, su-kanalizasiya sisteminin çoxdan köhnəldiyi, qaz və işıq təminatındakı problemlər narahatlıq doğuran faktlar kimi ciddi tənqid edilmiş, mövcud vəziyyətlə bağlı təkliflər müzakirə edilmişdir.
Sonda icra hakimiyyəti ilə İqtisadi İnkişaf Nazirliyinin yerli şöbəsinin həyata keçirəcəkləri konkret tədbirlər planı açıqlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]