“DÖVLƏT QULLUĞU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2006-CI İL 22 DEKABR TARİXLİ 497 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 23 NOYABR TARİXLİ 659 NÖMRƏLİ FƏRMANININ İCRASININ TƏMİN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 497 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 659 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; 2007-ci il, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli, 2008-ci il 31 yanvar tarixli 705 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1.1. 2.1.3-cü bəndin onuncu abzasında “məhkəmələri aparatlarının rəhbərləri” sözlərindən sonra və 3.2.3-cü bəndin onuncu abzasında “məhkəmələrinin aparatlarının rəhbərləri” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini” sözləri əlavə edilsin;
1.2. 2.1.4-cü bəndin və 3.2.4-cü bəndin on üçüncü abzaslarında “Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanları Aparatının rəhbəri və rəhbərin müavini” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri və rəhbərin müavini” sözləri əlavə edilsin;
1.3. 2.1.4-cü bəndin on dördüncü və 3.2.4-cü bəndin on altıncı abzasları çıxarılsın;
1.4. 2.1.5-ci və 3.2.5-ci bəndlərin səkkizinci abzaslarında “Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərinin köməkçisi” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında (təminedici və yardımçı) şöbə müdiri və müdir müavini;” sözləri əlavə edilsin;
1.5. 2.1.6-cı bənddə:
1.5.1. beşinci abzasda “Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri əlavə edilsin;
1.5.2. yeddinci abzasda “icra hakimiyyəti başçılarının” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin;
1.6. 2.3.5-ci və 3.4.5-ci bəndlərin ikinci abzaslarında “Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının” sözləri əlavə edilsin;
1.7. 3.2.6-cı bənddə:
1.7.1. beşinci abzasda “Nazirlər Kabineti yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi” sözləri əlavə edilsin;
1.7.2. yeddinci abzasda “icra hakimiyyəti başçılarının” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin;
1.8. 2.1.7-ci, 2.3.6-cı, 3.2.7-ci və 3.4.6-cı bəndlərin üçüncü abzaslarında, 2.1.8-ci, 2.1.9-cu və 3.2.8-ci bəndlərin ikinci abzaslarında “icra hakimiyyəti başçısının” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9 maddə 796; 2007-ci il, № 3, maddələr 217, 227, № 9, maddə 867; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 669 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na aşağıdakı əlavələr edilsin:
2.1. Siyahıya aşağıdakı məzmunda 1.20-ci və 2.14-cü bəndlər əlavə edilsin:
1.20. Bakı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə komitəsinin aparatında: | 1.20. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında: |
İcraiyyə Komitəsinin sədri | aparatın rəhbəri |
İcraiyyə Komitəsi sədrinin birinci müavini (müavini), İcraiyyə Komitəsinin katibi (məsul katibi) | aparatın rəhbərinin müavini |
İcraiyyə Komitəsinin idarə rəisi, müstəqil şöbənin müdiri, plan komissiyasının sədri, İcraiyyə Komitəsinin təlim-təşkilati şöbəsinin rəisi, baş memar, əmək üzrə müvəkkil | şöbə müdiri |
İcraiyyə Komitəsinin idarə rəisinin müavini, müstəqil şöbə müdirinin müavini, plan komissiyası sədrinin müavini, baş memarın müavini, İcraiyyə Komitəsinin təlim-təşkilati şöbəsi rəisinin müavini, baş rəssam | şöbə müdirinin müavini |
İcraiyyə Komitəsi idarəsinin əsas şöbəsinin rəisi, maliyyə şöbəsinin rəisi, ümumi şöbənin rəisi, müstəqil şöbənin əsas sektor rəisi | sektor müdiri |
baş mühasib, baş mühasibin səlahiyyətində olan böyük mühasib | baş məsləhətçi |
İcraiyyə Komitəsinin təşkilati işlər üzrə təlimatçısı, İcraiyyə Komitəsi sədrinin köməkçisi, İcraiyyə Komitəsinin qəbul otağının müdiri, nəzarətçi-müfəttiş | böyük məsləhətçi |
bütün ixtisaslardan olan böyük mühəndislər, böyük memar, böyük iqtisadçı, böyük hüquqşünas, böyük mühasib; İcraiyyə Komitəsinin yanında həddi-buluğa çatmayan uşaqlarla iş üzrə məsul katib, İcraiyyə Komitəsinin idarələrinin digər şöbə rəisləri, müstəqil şöbənin digər sektor rəisi (kadr, protokol və digər), bütün ixtisaslardan mühəndislər, memar, iqtisadçı, hüquqşünas, mühasib və digər mütəxəssislər | məsləhətçi |
2.14. Bakı Şəhər Xalq Deputatları Sovetinin (Məclisinin) İcraiyyə Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatında: | 2.14. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında: |
İcraiyyə Komitəsinin sədri, icra hakimiyyəti başçısı | icra hakimiyyətinin başçısı |
İcraiyyə Komitəsi sədrinin müavini, icra hakimiyyəti başçısının 1-ci müavini (müavini) | icra hakimiyyəti başçısının müavini |
idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdiri (rəisi), Mülki Müdafiə Qərargahının rəisi | şöbə müdiri |
idarə və şöbə (ümumi şöbə də daxil olmaqla) müdirinin (rəisinin) müavini | şöbə müdirinin müavini |
bölmə müdiri, idarənin şöbə rəisi, qəbul otağının müdiri | sektor müdiri |
baş mütəxəssis, böyük məsləhətçi, böyük referent, başçının baş müşaviri, başçının köməkçisi | baş məsləhətçi |
məsləhətçi, referent, başçının birinci müavininin köməkçisi | böyük məsləhətçi |
aparıcı mütəxəssis, təşkilatçı, memar | aparıcı məsləhətçi |
1-ci dərəcəli mütəxəssis, 2-ci dərəcəli mütəxəssis, mütəxəssis | məsləhətçi |
2.2. 1.6-cı, 1.8-ci, 1.17-ci bəndlərin birinci qrafasının 2-ci sütununda və 2.13-cü bəndin birinci qrafasının 1-ci və 2-ci sütunlarında “icra hakimiyyəti başçısının” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin.
3. “Dövlət qulluqçularının əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1909 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 32, № 2, maddə 101, № 3, maddə 244, № 7, maddə 714, № 8, maddə 801, № 9, maddə 867, № 10, maddə 948; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 2526 nömrəli Sərəncamı) 2 nömrəli əlavəsində “Azərbaycan Respublikasının dövlət orqanlarında çalışan dövlət qulluqçularının vəzifə maaşları” cədvəlinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
3.1. İnzibati vəzifələrin təsnifatı üzrə:
3.1.1. “Üçüncü təsnifat”ın yeddinci qrafasında “məhkəmələri aparatlarının rəhbərləri;” sözlərindən sonra “Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;” sözləri əlavə edilsin;
3.1.2. “Dördüncü təsnifat”ın beşinci və on ikinci qrafalarında “yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının” sözləri əlavə edilsin, on birinci qrafasından “Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;” sözləri çıxarılsın;
3.1.3. “Beşinci təsnifat”ın səkkizinci qrafasında “yanında olan mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısı” sözləri əlavə edilsin;
3.1.4. “Altıncı təsnifat”da:
3.1.4.1. yeddinci və iyirminci qrafalarda “yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının” sözləri əlavə edilsin;
3.1.4.2. ikinci və doqquzuncu qrafaların ikinci abzasları çıxarılsın;
3.1.5. “Yeddinci təsnifat”ın üçüncü qrafasının birinci abzasında “icra hakimiyyəti başçısı” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin;
3.1.6. “Səkkizinci təsnifat”ın ikinci qrafasının birinci abzasında “icra hakimiyyəti başçısının” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin;
3.1.7. “Doqquzuncu təsnifat”ın ikinci qrafasının birinci abzasında və altıncı qrafasında “icra hakimiyyəti başçısı” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin;
3.2. Yardımçı vəzifələrin təsnifatı üzrə:
3.2.1. “Beşinci təsnifat”ın qrafasında birinci abzasda “yanında olan mərkəzi icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “, Bakı Şəhər İcra Hakimiyyəti başçısının” sözləri əlavə edilsin;
3.2.2. “Altıncı təsnifat”ın birinci qrafasında birinci abzasında “icra hakimiyyəti başçısının” sözlərindən sonra “(Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla)” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan orqanların Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının strukturuna daxil edilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Fərmanın 1-3-cü bəndləri 2008-ci il 1 yanvar tarixindən, 4-cü bəndi imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2008-ci il.