Dövlət qulluğu üzrə ümumi müsahibələrdə 31 namizəd uğur qazanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
On beş dövlət orqanında mövcud olan 74 vakant vəzifənin tutulması üçün avqustun 23-dən başlanan ümumi müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, ümumi müsahibələrə çıxarılan vəzifələri tutmaq üçün 301 namizəd müraciət edib. Ən yüksək müsabiqə vəziyyəti Dövlət Turizm Agentliyi, Maliyyə və iqtisadiyyat şöbəsi, aparıcı məsləhətçi (1 vakant yer üzrə 19 namizəd), Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri üzrə yaranıb. Bu gün saat 11:35-ə olan məlumata görə, müsahibələrdə 31 namizəd uğur qazanıb. Onlardan 11 nəfər Maliyyə Nazirliyində, 9 nəfər İqtisadiyyat Nazirliyində, 2 nəfər Hesablama Palatasında, 4 nəfər isə digər dövlət qurumlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələr sentyabrın 28-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]