Dövlət qulluqçularının peşə bayramı Nizami rayonunda da qeyd olunmuşdur
Bakı, 24 iyun (AZƏRTAC). Dövlət qulluqçularının peşə bayramı günü Nizami rayonunda da qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov peşə bayramı münasibətilə rayonun dövlət qulluqçularını təbrik etmişdir. Bildirilmişdir ki, dövlət qulluqçularının peşə bayramı günü ölkəmizdə artıq 8-ci ildir qeyd olunur.
T.Budaqov ulu öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik siyasətindən danışmış, dövlət qulluğuna dair qəbul olunan bütün qanunvericilik aktlarının əsas məqsədinin, məzmununun dövlət qulluqçularının vətəndaşa və vəzifə borcuna düzgün münasibətini tənzimləməyə yönəldiyini demişdir.
Qeyd olunmuşdur ki, Nizami rayonunda dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində aparılan işlər uğurlu nəticələr verməkdədir.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək bildirmişlər ki, ulu öndər Heydər Əliyevin müstəqil, balanslaşdırılmış və cəsarətli siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]
Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var
- 18.06.2026 [23:02]
Tramp: ABŞ sülhə sadiqdir
- 18.06.2026 [22:52]
AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib
- 18.06.2026 [22:35]
Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb
- 18.06.2026 [22:30]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
- 18.06.2026 [22:06]
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub
- 18.06.2026 [21:42]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [21:31]