Dövlət uşaq müəssisələri məzunlarına sosial-hüquqi və sosial-psixoloji xidmətlər göstəriləcək
Bakı, 24 iyul, AZƏRTAC
Dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara mütəmadi olaraq sosial-hüquqi və sosial-psixoloji xidmətlər göstəriləcək. Məşğulluqlarının təmin edilməsi ilə bağlı kömək və sosial-məsləhət yardımları göstərilməsi davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə fəaliyyət göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]