Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlətimizin başçısı ölkədə bütün sahələrdə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaradıb

Dövlətimizin başçısı ölkədə bütün sahələrdə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaradıb

Bakı, 13 aprel, AZƏRTAC

2018-ci ilin aprelində ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Gözlənildiyi kimi Prezident İlham Əliyev ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Dövlətimizin başçısı 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun respublikada bütün sahələrdə, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaradıb. Prezident İlham Əliyevin tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən dörd illik bir dönəmdə ciddi irəliləyişlərə imkan verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

O bildirib ki, əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Belə ki, 2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra onun imzaladığı ilk - 2018-ci il 19 aprel tarixli Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut edir. Həmçinin 2019-cu ilin yanvar ayında imzalanan Fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu. Dövlətimizin başçısının 2021-ci il 23 dekabr tarixli Fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq.

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Şanlı tarixi Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı geniş istiqamətləri əhatə edən sosial dəstək proqramı icra olunur. Bu proqram üzrə mühüm sosial dəstək tədbirlərindən biri kimi şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı Prezidentin Sərəncamı ilə 2021-ci ildə beş dəfə genişlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə onlara üç min mənzil və fərdi ev verilməsi proqramı uğurla icra olunub ki, bu da 2018-ci ilə nisbətən beş dəfə çoxdur. Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib”, - deyə deputat vurğulayıb.

N.Həsənov qeyd edib ki, dövlətimizin başçısının 2021-ci il 25 avqust tarixli Sərəncamı ilə Vətən Müharibəsi qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Digər həssas qruplardan - gözdən əlilliyi olanların və dövlət uşaq müəssisələrinin məzunlarının da ardıcıl şəkildə mənzillə təminatı həyata keçirilir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fondun mühüm sosial layihələrindən biri kimi, Abşeron rayonunda çoxmənzilli yaşayış binaları inşa etdirilərək dövlət uşaq müəssisələri məzunlarının istifadəsinə verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial xidmət müəssisəsi kimi fəaliyyət göstərən həmin yaşayış binalarında 365 məzun mənzillə təmin olunub. Bununla yanaşı, müxtəlif ərazilərdəki yeni yaşayış komplekslərində də bu kateqoriyalardan olan şəxslərin mənzillə təminatı işləri davam edir.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə ölkəmizdə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyi isə bu günlərdə daha bir nüfuzlu mükafatı - Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanıb.

Həmçinin 2019-cu ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) Beynəlxalq Sosial Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafat və təltiflərinə layiq görülüb.

“Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il aprelin 11-də andiçmə mərasimində söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözləri davamlı sosial islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərdə öz əməli təsdiqini tapıb”, - deyən Nurlan Həsənov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib FOTOLAR VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib FOTOLAR VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksək rütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib