Dubay gömrüyü ölkəyə 800 min narkotik həbinin keçirilməsi cəhdinin qarşısını alıb
Dubay, 26 iyul, AZƏRTAC
Dubay gömrüyünün keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəyə 800 min ədəd narkotik vasitə olan “kaptagon” həbinin qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, narkotik vasitələr Cəbəl-Əli dəniz limanına gələn gəminin yanacaq çənində aşkar edilib.
Dubay Baş Gömrük İdarəsinin Gömrük kəşfiyyatı departamentinin və Cəbəl-Əli gömrük xidməti mərkəzinin əməkdaşlarının birgə keçirdiyi əməliyyatda ərəb ölkələrinin birindən gələn yük gəmisi xüsusi nəzarətə götürülərək ona təkmilləşmiş skaner sistemi vasitəsilə əlavə baxış keçiriblər. Nəticədə gəminin yanacaq çənində narkotiklə dolu və dəyəri 3 milyon dirhəm olan paketlər çıxarılıb və müsadirə olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]