Dubayda keçirilən “Dubai Airshow 2013” sərgisində Azərbaycan nümayəndə heyəti də iştirak edir
Bakı, 19 noyabr (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay hökumətinin dəvəti ilə noyabrın 17-də işə başlayan, sayca 13-cü dəfə keçirilən “Dubai Airshow 2013” sərgisinin rəsmi açılış mərasimində iştirak etmişdir.
“Azərbaycan” Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, sərgini Dubay Əmirliyinin Şeyxi, ölkənin vitse-prezidenti və Baş naziri Məhəmməd bin Raşid Əl-Məktum açmışdır. Daha sonra müxtəlif hərbi təyyarələrin uçuşları nümayiş etdirilmişdir. İlk dəfədir ki, bu sərgi yeni ünvanda, Jəbəl Əli rayonunda yeni salınmış Əl-Məktum hava limanına yaxın Dubay aviasiya şəhərciyində keçirilir.
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov sərgidə iştirak etmək üçün Azərbaycandan rəsmi qonaq qismində gəlmiş Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti ilə görüşmüş, onlara sərgi müddətində tələb oluna biləcək istənilən dəstəyi verməyə hazır olduğunu bildirmişdir. Hərbi Hava Qüvvələrinin nümayəndə heyətinin rəhbəri Dubayın Şeyxi Məhəmməd bin Raşid Əl-Məktumla görüşmüş, Əmir onlara sərginin işində müvəffəqiyyətlər arzu etmişdir.
“Azərbaycan” Cəmiyyətinin sədri, həmçinin Azərbaycandan bu sərgidə uzun illər iştirak edən “Azairtechservice” şirkətinin rəhbərliyi və nümayəndələri, Türkiyə Cümhuriyyətindən sərgiyə qatılmış böyük nümayəndə heyəti ilə də görüşmüş və onlara dəstəyini ifadə etmişdir.
Sərgi noyabrın 21-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]