Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyi 20 Yanvar faciəsi ilə əlaqədar aksiya keçirmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Dünya Azərbaycanlıları Konqresinin (DAK) Polşa nümayəndəliyi 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar aksiya keçirmişdir.
DAK-ın Polşa nümayəndəliyinin üzvləri Varşava şəhərinin mərkəzi küçələrində 20 Yanvar faciəsindən bəhs edən broşür, şəkil və məlumat materialları yaymışlar.
Bu aksiya yerli ictimaiyyət nümayəndələri və Polşaya gələn turistlər tərəfindən maraqla qarşılanmışdır.
DAK-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konqresin üzvləri, eyni zamanda, yerli sakinlərə və turistlərə 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermişlər.
Qanlı Yanvar hadisələri ilə əlaqədar Polşanın kütləvi informasiya vasitələrinə də ətraflı məlumat göndərilmişdir.