DÜNYA BANKININ ENERJİ VƏ İNFRASTRUKTUR DEPARTAMENTİNİN DİREKTORU AZƏRBAYCANA GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Enerji və İnfrastruktur Departamentinin direktoru Hoseyn Razavinin başçılığı ilə nümayəndə heyəti yanvarın 24-də Azərbaycana səfərə gələcəkdir. Nümayəndə heyətinin tərkibinə bankın energetika sektorunun meneceri Piter Tomson və aparıcı iqtisadçı Kristian Peterson daxildirlər.
Səfərdən məqsəd Azərbaycan və Dünya Bankı arasında infrastruktur və enerji sektorları üzrə əməkdaşlığın perspektivlərini araşdırmaqdan ibarətdir. Nümayəndə heyəti Azərbaycan Hökuməti ilə Dünya Bankının ölkəmizdə yeni layihələrə potensial yardımı, habelə energetika və nəqliyyatın inkişafına dair hazırlanmaqda olan layihələri müzakirə edəcəkdir. Müzakirələrdə “Yoxsulluğun azaldılmasına birinci yardım krediti” (PRSC I) çərçivəsində irəli sürülmüş islahat proqramı ilə bağlı məsələlərə də toxunulacaqdır.
Səfər yanvarın 28-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:10]
AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib
- 05.10.2026 [17:59]
Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar
- 05.10.2026 [16:51]