Dünya çempionatı: Azərbaycan akrobatlarından növbəti qızıl medal
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti medalı qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü balans hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onlar daha əvvəl qarışıq hərəkətlərdə birinci yeri tutublar.
Qeyd edək ki, ötən gün akrobatika yığmamız komanda hesabında gümüş mükafata layiq görülüb. Dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]