Dünya çempionatı: Azərbaycan cüdoçuları fərdi yarışları 3 medalla başa vurublar
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçusu Kənan Nəsibov Tacikistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında keçirilən dünya çempionatında final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində yer alan idmançı Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağı altında çıxış edən Denis Batçayevlə qarşılaşıb.
Rəqibinə ipponla uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycan cüdoçuları mundialın fərdi yarışlarını 3 medalla başa vurublar. Daha əvvəl Süleyman Şükürov (81 kiloqram) və Əjdər Bağırov (100 kiloqram) dünya üçüncüsü olublar.
Qeyd edək ki, dünya çempionatında sabah komanda yarışları keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]