Dünya çempionatına ev sahibliyi hüququ Meksikadan alına bilər
Bakı, 24 fevral, AZƏRTAC
FIFA 2026-cı il dünya çempionatının ev sahibliyi hüququnu Meksikadan ala bilər.
AZƏRTAC “The Athletic” nəşrinə istinadən xəbər verir ki, həmin ölkədə keçirilməsi planlaşdırılan qitələrarası pley-off matçlarının təhlükəsizlik səbəbindən təxirə salınması gündəmdədir. Həmçinin mundialın Meksikada təşkili nəzərdə tutulan bəzi oyunları da risk altındadır.
Bildirilib ki, qarşılaşmalar yalnız ciddi təhlükə yaranarsa təxirə salınacaq. Qərar təhlükəsizlik qurumlarının və kommersiya tərəfdaşlarının rəyi nəzərə alınaraq veriləcək.
Meksikada narkokartel rəhbərinin öldürülməsindən sonra iğtişaşlar davam edir. Silahlı qruplarla hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verir.
Martın 26–31-də keçirilməsi planlaşdırılan pley-off görüşlərində Yamayka, Konqo və Yeni Kaledoniya yığmaları iştirak etməlidir. Artıq minlərlə azarkeş final mərhələsinin oyunları üçün bilet alıb və hotel rezervasiya edib. Matçlar təxirə salınarsa, FIFA azarkeşlərə dəyən zərəri ödəməli ola bilər.
Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
- 29.09.2026 [03:17]
Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]