Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qaliblərinin nəzərinə!
Bakı, 10 aprel, AZƏRTAC
Dünya fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqə və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər aşağıda göstərilən sənədləri DİM-ə və ya bu qurumun regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə) təqdim etməlidirlər:
Ümumi qaydada təsdiqlənmiş “Abituriyent elektron ərizəsi” formasının surəti;
Müvafiq nailiyyətləri təsdiqləyən sənədlərin surəti (diplom, yarışın protokolu).
Sənədlər mayın 31-dək təqdim olunmalıdır.
Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı DİM-in internet saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]