Dünya kubokunda qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər üzrə öz çıxışlarını təqdim edirlər
Bakı, 28 aprel, AZƏRTAC
Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirində qrup hərəkətləri komandaları 5 top, 3 halqa və 2 gürzlə yarışlarda mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, 5 topla yarışlarda Rusiya, Yaponiya, Belarus, Ukrayna, Bolqarıstan, Finlandiya, Özbəkistan, İsrail yığmaları çıxışlarını təqdim edirlər.
Üç halqa və iki gürzlə hərəkətlərdə isə Bolqarıstan, Yaponiya, Ukrayna, İtaliya, Belarus, Çin, Rusiya, Finlandiya milliləri yarışır.