Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

Bir çox ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri müasir dünya düzənini xarakterizə etməyə çalışırlar. Onların qiymətləndirmələri bir sıra hallarda kəskin fərqlənir. Bəzən bir-biri ilə daban-dabana zidd proqnozlar verilir. Bu cür vəziyyət hər şeydən öncə ona dəlalət edir ki, hazırkı dönəmdə qlobal dünya düzəni haqqında konkret mövqe yoxdur. Onun kökü isə dünyanın qarışıq və ziddiyyətli geosiyasi situasiyada olmasındadır. Mütəxəssislər bu kimi ziddiyyətlər kontekstində müasir dünyanın geosiyasi nizamını xarakterizə etməyə cəhd göstərirlər. O cümlədən geosiyasi termin kimi dəbdə olan "liberal dünya nizamı"nın özəllikləri haqqında fikir yürüdülür. Ümumiyyətlə götürdükdə, problemin bu aspekti asan izah edilən deyil. Onun üzərində daha geniş kontekstdə dayanmaq zərurəti vardır.

Real geosiyasi proseslər: təkamül istiqamətləri

Ekspertlərin dünya nizamı haqqında fərqli fikirlərdə olduğu çoxdan bəllidir. Müasir qlobal geosiyasi proseslərin ziddiyyətləri fonunda bu, normal hal kimi görünür. Bütövlükdə dünya sistemi riskli və mütəhərrik faktorlardan asılı vəziyyətdədir. Dünyada qəti söz sahibi olan dövlət isə yoxdur. Meydanda bir neçə güclü oyunçu vardır və hər biri öz maraqlarını diktə etməkdən çəkinmir. Təəssüf ki, bir sıra analitiklər bu reallığı gizlətməyə çalışsalar da, ondan qaçış mümkün deyildir.

Əlbəttə, kimlərinsə simpatiyası olduğu və ya birbaşa maraqlarına xidmət etdiyi hansısa supergücü dünya lideri kimi təqdim etmək istəyi ola bilər. Məsələn, Amerikanı bu statusda görmək istəyənlər az deyil. Eyni qayda ilə Çin və ya Rusiyanın liderliyindən və ya ən azından sürətlə artan nüfuzundan bəhs edirlər. Onları da başa düşmək olar. Ancaq bütün bu tərəfkeşlikdən kənarda dayanıb, çağdaş ziddiyyətli və mürəkkəb dünyanın geosiyasi mənzərəsinə nəzər salsaq, orada hansı düzəni görə bilərik? Və ya, ümumiyyətlə, belə bir düzən mövcuddurmu?

Ədalət naminə deyək ki, dünyanın bir çox analitikləri və diplomatiya sahəsində təcrübəsi olan mütəxəssisləri ənənəvi baxışlardan fərqli olaraq, dünya nizamı haqqında elə də nikbin fikir söyləmir, hətta Qərb siyasi və analitik leksikonunda dəbdə olan "liberal dünya nizamı" ifadəsinin reallığa nə dərəcədə uyğun olub-olmaması məsələsini də qaldırırlar (bax: məs., Graham Allison. The Myth of the Liberal Order. From Historical Accident to Conventional Wisdom / Foreign Affairs, № 4, 2018).

Öncə vurğulayaq ki, "dünyanın liberal düzəni" dedikdə, İkinci Dünya müharibəsindən sonra ABŞ-ın liderliyi ilə bir neçə dövlətin yaratdığı nizam nəzərdə tutulur. Onlar iki dünya müharibəsinə gətirib çıxaran səbəblərin aradan qaldırıldığına əmin olmaq istəyirdilər. Özlərini demokratik hesab edən ölkələr hüququn aliliyinə, suverenliyə hörmətə və ərazi bütövlüyünün təmininə əsaslanan beynəlxalq liberal sistem yaratdılar. İnsan haqları müdafiə olunmalı olan dəyər kimi qəbul edildi.

Sözdə gözəl səslənən bu qaydalara əməl edildimi? Həmin prinsiplərin qəbulundan 70 il sonra dünyada real geosiyasi vəziyyəti necə xarakterizə etmək olar? Qərb analitik fikrində bu məsələyə münasibətdə iki mövqe vardır. Birincisi, hesab edirlər ki, liberal dünya nizamı müəyyən müddətə işləyib və yalnız son 20 ildə vəziyyət kəskin dəyişib. Bu bağlılıqda Riçard Haas yazır ki, dünya artıq "qeyri-liberal, qeyri-dünyəvi və qeyri-nizamlı olub" (bax: Richard N. Haass. Liberal World Order, R.I.P. / Project Syndicate, 21 mart 2018).

Bunun nəticəsində indi dünya haqqında bir tam kimi danışmaq getdikcə daha da çətinləşir. Bu gün əsas olaraq "yeni regional nizamlılıq və ya nizamsızlıq"lar meydana gəlir (bax: əvvəlki mənbəyə). Daha maraqlısı odur ki, bu cür mövqenin tərəfdarları liberal dünya nizamının laxlamasını Amerikanın dünyaya münasibətinin dəyişməsində görürlər. Yəni öncə qəbul edilir ki, liberal nizam işləyib, sonra iddia edilir ki, burada əsas günahkar ABŞ-dır, çünki o, artıq qlobal geosiyasi nizamın qarantı olmaq istəmir.

İkinci mövqeyə görə isə sözün həqiqi mənasında heç zaman dünya nizamı liberal olmayıb. Kağız üzərində liberal dəyərlərə və prinsiplərə uyğun müddəalar yer alsa da, onlar həyata keçirilməyib. Mütəxəssislərin indi ağızdolusu danışdıqları dünyada qlobal miqyasda sabitliyin mövcudluğu isə ABŞ-la SSRİ arasında qüvvələr balansının hesabına olub (bax: Graham Allison. Göstərilən məqaləsi). Yəni qlobal sabitlik hansısa sistemli liberal qarşılıqlı münasibətlərin məntiqi nəticəsi deyil, supergüclərin (ABŞ və SSRİ-nin) münasibətlərinin "yan effekti" (G.Allison) qismində özünü göstərib.

Güclü Çin və güclü Tramp: "müxtəlifliyin təhlükəsizliyi"nə əsas təhlükə

Bu tezisin təsdiqi kimi Con Kennedinin bir fikrini misal gətirmək olar. ABŞ-ın keçmiş Prezidenti ifadə etmişdi ki, həm liberal, həm də qeyri-liberal rejimlərin "müxtəlifliyinin təhlükəsizliyi" kimi dünya nizamını dəstəkləmək kifayətdir. Bu o deməkdir ki, C.Kennedi mövcud şərtlər daxilində dünyada vahid liberal münasibətlər sistemini qurmağın imkansızlığını dərk edirdi. Bu səbəbdən fərqli rejimlərin mövcudluğunun təhlükəsizliyinə dayanan tənzimləmə sistemini saxlamaq daha real və səmərəli olar.

Bu kontekstdə Donald Trampın müasir dünya siyasətində rolu ilə bağlı hətta tanınmış analitiklərin söylədiklərinin doğru olmasına şübhə yaranır. Məsələn, Cozef Nay yazır ki, "Məni Çinin daha güclü olması narahat etmir. Məni Trampın güclənməsi narahat edir" (bax: əvvəlki mənbəyə). Doğrudan da, maraqlı fikirdir, lakin onun cazibəliliyi ilə reallığı əks etdirməsi bir-birinə uyğundurmu? Əgər indiyə qədər həqiqi mənada liberal dünya nizamı olmayıbsa, D.Tramp nəyə təhlükə yaradır? Məsələnin bu tərəfi ikinci mövqe baxımından aydın deyil.

Əslində, son 30 ildə dünyanın müxtəlif regionlarında baş verən geosiyasi proseslərə nəzərə salsaq, ikinci mövqe tərəfdarlarına haqq qazandıra bilərik. Belə ki, keçən müddətdə ABŞ istənilən ölkəyə (məsələn, Əfqanıstana, İraqa, Liviyaya, Suriyaya, Balkanlara və s.) hətta BMT-nin icazəsi olmadan belə istədiyi miqdarda hərbi qüvvə göndərə və orada müharibə meydana çıxara bildiyini nümayiş etdirdi.

Vaşinqtonun bu addımları heç də liberal dəyərlərə uyğun olmayıb, əksinə, ölkələrin daxili işlərinə qarışılıb, insan haqları (o, bu işdə tək deyil, başqa supergüclər də eyni davranıblar) və dövlətlərin ərazi bütövlüyü kobud surətdə pozulub. Hətta müsəlman ölkələrində məzhəb savaşını alovlandıran addımlar da atılıb. Odur ki, Əfqanıstan, İraq, Suriya və Liviyada müharibənin sonu görünmür. Budurmu liberal dünya nizamı?!

Cənubi Qafqaza baxdıqda da eyni mənzərəni görürük. Burada Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü pozulub. Ermənistan kimi əlaltı-kvazidövlət havadarlarının (birbaşa özünü liberal və demokratik adlandıran böyük dövlətlərin) aktiv iştirakı ilə özündən qat-qat güclü olan müsəlman Azərbaycanın torpaqlarının 20 faizini işğal edib və hələ də əlində saxlayır. Liberal dünya nizamının üç prinsipindən biri ölkələrin ərazi bütövlüyünün təminidir. Bəs onda Azərbaycana münasibətdə bu prinsip niyə təmin edilmir? Əksinə, "Azadlığa dəstək Aktına" ədalətsiz "907-ci düzəliş"lə Azərbaycana qarşı məhdudiyyətlər tətbiq olunur. Budurmu liberal dünya nizamı?!

Dünya siyasətindəki real vəziyyəti hind strateqi Si Raca Mohan lakonik ifadə edib. Onun qiymətləndirməsinə görə, supergüclər "istisnadırlar". Çünki hansısa davranış onların xeyrinədirsə, onun beynəlxalq hüquqa uyğun olub-olmaması arxa plana keçir və həmin güclər həmin addımı atırlar. Yəni böyük güclər özlərini "istisna faktor" kimi görürlər. Təbii ki, belə yanaşma davam etdikcə, liberal dünya nizamından bəhs etmək mümkün deyil.

Bu kimi məqamların işığında müasir dünya nizamının bir xaos və qeyri-müəyyənlik içərisində olduğu qənaətinə gələ bilərik. Vladimir Putinin ifadə etdiyi kimi, o, daha çox "idarəedilən xaotik mühiti" xatırladır. Bu oyunda sifarişçilər də, hədəflər də bəllidir. Dünyanın belə vəziyyətdə hansı nizamlı struktura transformasiya edəcəyi aydın deyil. Bütün hallarda indiki qlobal geosiyasi nizamı liberal adlandırmaq çox çətindir.

Newtimes.az

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır