DÜNYA TURİZM TƏŞKİLATI AZƏRBAYCANDA TƏCRÜBİ LAYİHƏLƏR HƏYATA KEÇİRƏCƏKDİR
Gənclər, turizm və idman naziri Əbülfəz Qarayev Azərbaycanda səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Françesko Franjialli ilə görüşmüşdür.
Əbülfəz Qarayev turizmin inkişafı üçün Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər, bu sahədəki qanunvericilik bazası və ölkəmizin turizm şirkətlərinin 2003-cü ildə Londonda keçiriləcək beynəlxalq turizm sərgisində iştirakının nəzərdə tutulduğu barədə qonağa ətraflı məlumat vermişdir.
Françesko Franjialli Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına müvafiq olaraq qəbul edilmiş turizmin inkişafına dair dövlət proqramını, ölkə iqtiisadiyyatı üçün bu çox mühüm sahəyə dövlət qayğısını yüksək qiymətləndirmiş, proqramın gerçəkləşdirilməsindən ötrü müxtəlif təcrübi layihələr həyata keçirmək yolu ilə Azərbaycana hər cür kömək göstəriləcəyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.10.2026 [16:33]
Azərbaycan ICOMOS-un 23-cü Baş Assambleyasına ev sahibliyi edəcək
- 22.10.2026 [15:05]
Azərbaycanın qolf turizmi imkanları Fransada təbliğ olunub
- 22.10.2026 [11:36]
Berlində Azərbaycan və Özbəkistanın birgə turizm marşrutları təqdim olunub
- 22.10.2026 [11:04]
Stokholmda Böyük İpək Yolunun turizm imkanları təqdim edilib VİDEO
- 21.10.2026 [18:19]
Şəkidə mediatur: Kiş Alban məbədi, kəlağayı sənəti və Şəki pitisi
- 21.10.2026 [16:06]