DÜNYADA İKİ MİLYARD ADAM “B” HEPATİTİNƏ YOLUXMUŞDUR
AZƏRTAC xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı ekspertlərinin məlumatına görə, dünyada 2 milyarddan çox adam “B” hepatitindən əziyyət çəkir, 350 milyon insanda isə bu dəhşətli xəstəliyin doğurduğu xroniki qaraciyər xəstəliyi aşkar olunmuşdur. Ekspertlər müəyyənləşdirmişlər ki, erkən yaşda “B” hepatitinə yoluxmuş yaşlı adamların təxminən 25 faizi qaraciyər sirrozundan, yaxud xərçəngindən dünyasını dəyişir. Lakin “B” hepatitinin inkişafının qarşısını ala biləcək vaksin hələ 1982-ci ildən mövcuddur. Bu vaksin yaşlı adamların 90 faizinin həmin virusdan 6 ay müddətində xilas olunmasına imkan verir.
“B” hepatiti insandan insana qan vasitəsilə keçir. O, ağır xroniki xəstəlik törədə və vaxtsız ölümlə nəticələnə bilər. Həmin virusun yoluxuculuğu immun çatışmazlığı virusunkundan 50-100 dəfə yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]