Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 344 minə yaxın olub
Bakı, 19 oktyabr, AZƏRTAC
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 344 minə yaxın olub.
AZƏRTAC pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 343 min 890 nəfər yeni koronavirusa yoluxub, 4 min 931 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 241 milyon 874 min 898, ölənlər isə 4 milyon 920 min 388 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı ABŞ-da (51 min 845 nəfər), bu xəstəlikdən ölüm faktı isə Rusiyada (998 nəfər) qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (45,9 milyon), Hindistan (34 milyon), Braziliya (21,6 milyon), Böyük Britaniya (8,4 milyon), Rusiya (8 milyon), Türkiyə (7,6 milyon) və Fransada (7 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]