“DURNALAR QAYITDI” FİLMİNİN TƏQDİMAT MƏRASİMİ
İttifaqdan AZƏRTAC-ın müxbirinə demişlər ki, mərasimdə çıxış edənlər filmdə torpağa, el-obaya bağlılığın, məhəbbət hissinin, Böyük Vətən müharibəsi illərində qələbənin əldə olunması üçün arxa cəbhədə insanların göstərdikləri şücaətin bədii həllinin yaradıcı qrup tərəfindən böyük ustalıqla canlandırılmasından danışmış, uğurlu aktyor oyunundan söhbət açmışlar.
Lerikdə çəkilmiş yeni ekran əsərinin quruluşçu rejissoru Elçin Quliyev, quruluşçu operatoru Elxan Hüseynovdur. Baş rollara respublikanın xalq artistləri Əliabbas Qədirov, Muxtar Maniyev, Lənkəran Dövlət Dram Teatrının aktyoru Adil Zeynalov və başqaları çəkilmişlər.
Sonra “Durnalar qayıtdı” filmi nümayiş olunmuşdur.
Axırda yazıçı-publisist Hüseynbala Mirələmov mətbuat işçilərinin suallarına cavab vermiş, yaradıcılığına göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]