DÜŞƏNBƏDƏ “QADIN PARLAMENT ÜZVLƏRİNİN CƏMİYYƏTİN İNKİŞAFINDAKI ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Düşənbə şəhərində Tacikistan parlamentinin yuxarı palatasının təşəbbüsü ilə “Qadın parlament üzvlərinin cəmiyyətin inkişafındakı rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan və Mərkəzi Asiya ölkələrindən gəlmiş qadın deputatlar iştirak etmişlər. Ölkəmizi Milli Məclisin deputatları Həvva Məmmədova və Jalə Əliyeva təmsil etmişlər.
Beynəlxalq konfransda müasir cəmiyyətin inkişafında parlamentin üzvü olan qadınların rolu, siyasətdə qadınların iştirakı, cəmiyyətdə qadınların nüfuzunun artırılması, qızların və qadınların təhsil məsələləri, sağlamlıq və ailənin planlaşdırılması, qadınların marağına uyğun qanunvericilik bazası və sosial siyasət mövzularında müzakirələr aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]