Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmən dəyirmanına su tökənlərin cəzası daha ağır olur

Bakı, 16 dekabr (AZƏRTAC). Dünyada mehriban dostluq münasibətləri quran xalqlar və dövlətlər çoxdur. Onlar çətin anlarda həmişə bir-birinə arxa-dayaq olmuş, kömək etmişlər. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri isə daha möhkəm təməllər üzərində qurulmuşdur və deyə bilərik ki, digər türkdilli dövlətlər üçün də bir örnəkdir. Dini, dili, adət-ənənələri eyni olan iki ölkənin qardaşlığı, dostluğu ulu öndər Heydər Əliyevin müdrik kəlamı ilə təsdiqlənən “bir millət, iki dövlət” zirvəsinə yüksəlmişdir.

Tarixi faktlar da təsdiqləyir ki, Azərbaycan-Türkiyə münasibətlərinin qırılmaz tellərlə bağlılığı beynəlxalq məsələlər səviyyəsində də sınaqdan uğurla çıxmışdır. Bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr palatasının Xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı müzakirələr gedərkən, ilk etiraz səsini ucaldan məhz Azərbaycan olmuşdur. Bundan sonra, etiraz dalğası getdikcə güclənmiş və qondarma “soyqırımı” ətrafında aparılan müzakirələr yarımçıq dayandırılmışdır. Başqa bir misal. NATO Ermənistanda hərbi təlim keçirərkən Türkiyəyə bu dövlətlə sərhədləri müvəqqəti açmaq barədə təzyiq göstərsə də, rəsmi Ankara mövqeyindən dönməmiş, sərhədlərin yalnız əvvəllər irəli sürülən şərtin yerinə yetirilməsindən sonra açılacağını bəyan etmişdir. Yəni, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmalı, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Göründüyü kimi, hətta Türkiyə NATO-nun üzvü olsa da, Azərbaycan ilə dostluq və qardaşlıq münasibətlərinə xələl gətirilməsinə imkan verməmişdir.

Dost və qardaş ölkələrimiz arasında münasibətlərin getdikcə möhkəmlənməsi, siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələrin gündən-günə genişlənməsi müəyyən maraq dairələrinin narahatlığına və təşvişinə səbəb olmuşdur. Ona görə də bu dairələr Türkiyə-Azərbaycan dostluğuna əngəl törətmək üçün çirkin üsullara - iftiraya, böhtana əl atır, təbliğat maşınını işə salırlar. Həmin qüvvələr bu dəfə daha məkrli üsula əl atmış, necə deyərlər, türkü “türkün” əli ilə vurmağa çalışmışlar. Ancaq unutmuşlar ki, onların baltaya seçdikləri “sap”ın xislətinə həm Azərbaycanda, həm də Türkiyədə yaxşı bələddirlər. Bir vaxtlar Türkiyənin Azərbaycandakı səfirliyində işləmiş və diplomatik fəaliyyətə yaraşmayan hərəkətlərə yol verdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırılan, düşmən dəyirmanına su tökən Turqut Ər ulu öndər Heydər Əliyevin xalqımız, ölkəmiz, dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərinin, Türkiyə ilə qardaşlıq əlaqələrinin inkişafı sahəsində gördüyü sayagəlməz möhtəşəm işlərin üzərinə kimlərinsə sifarişi ilə kölgə salmağa cəhd göstərmişdir. Lakin belə cızma-qaralarla tarixi saxtalaşdırmaq qeyri-mümkündür. Dahi Heydər Əliyevin xidmətləri dünyanın görkəmli siyasi və dövlət xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Həmin tarixi şəxsiyyətlərin bir neçəsinin ümummilli lider Heydər Əliyev haqqında fikirlərini turqut ərlərə xatırlatmaq istərdik: ABŞ-ın sabiq Prezidenti Corc Buş: “Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”; Fransanın keçmiş Prezidenti Jak Şirak: “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”; Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl: “Həyatın çətin sınaqlarından məğrurluqla, sarsılmaz iradə ilə çıxan Heydər Əliyev dostluqda sədaqət nümunəsidir”; Ukraynanın keçmiş Prezidenti Leonid Kuçma: “Müdriklik, şərəf, şöhrət sözlərini tam mənası ilə Prezident Heydər Əliyevə aid etmək olar”; Qazaxıstan Prezidenti Nursultan Nazarbayev: “Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır”; Özbəkistan Prezidenti İslam Kərimov: “Azərbaycan xalqına həsəd aparıram, çünki onun dəqiq, aydın, ardıcıl siyasəti, mövqeyi olan lideri vardır”; məşhur politoloq Zbiqnev Bjezinski: “Heydər Əliyev çox maraqlı sima, dünya miqyaslı liderlərdən biridir”. Dahi şəxsiyyət haqqında deyilən dəyərli fikirlərdən kifayət qədər misal gətirmək olar.

Ermənipərəst qüvvələrin təsiri altına düşərək türk adına, millətinə qara ləkə olan Turqut Ərə təkcə bir faktı xatırlatmaq istərdik: xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev beynəlxalq aləmdə Azərbaycanın mövqeyini möhkəmlətdi, məhz onun əzmkarlığı sayəsində ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tuta bildi. Dünyanın ən iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamaqla ölkəmizin indiki sürətli sosial-iqtisadi inkişafının möhkəm təməlini qoydu.

Cızma-qaralarında “demokratiya dərsi” keçən Turqut Ərə bildirmək istərdik ki, ümummilli lider Heydər Əliyev insan hüquq və azadlıqlarının təmin edilməsini və qorunmasını prioritet vəzifələrdən biri hesab edirdi. 1994-cü ildə əfvetmə institutunun və Prezident yanında Əfv Komissiyasının yaradılması ilə on minlərlə məhbusun azadlığa çıxması beynəlxalq aləmdə də yüksək qiymətləndirilmişdir. Bunun ardınca, Şərqdə ilk dəfə olaraq, ölüm hökmü məhz Azərbaycanda ləğv edilmiş, mətbuat üzərində senzura aradan qaldırılmışdır. Bu, insanların öz fikirlərini sərbəst ifadə etmələrinə, söz azadlığına, müstəqil mətbuatın fəaliyyətinə geniş meydan açmışdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Bütün bunlar ulu öndərin Azərbaycanda demokratik proseslərin inkişafına xüsusi önəm verməsinin, demokratiyanın bərqərar olunması sahəsindəki xidmətlərinin bariz göstəricisidir.

Başabəla diplomat Turqut Ərin “kitab”ının məhz Azərbaycanda növbəti parlament seçkiləri ərəfəsində işıq üzü görməsi təsadüfi deyildir. Dəfələrlə sübut olunmuşdur ki, Azərbaycanda keçirilən hər hansı seçkidən əvvəl bəzi xarici qüvvələr fəallaşır və ölkəmizin müstəqil, demokratik imicinə kölgə salmağa yönəlmiş ssenarilər həyata keçirməyə başlayırlar. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində müstəsna xidmətləri olmuş türk dünyasının liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev hədəfə götürülür, onların haqqında həqiqətə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan “məlumatlar” yayılır və tarixi həqiqətlər təhrif edilir. Biz bunu Turqut Ərin “kitab” adlandırdığı cızma-qarasında da gördük.

Turqut Ər Türkiyənin Azərbaycandakı səfirliyində fəaliyyət göstərdiyi illərdə öz işindən daha çox Azərbaycanın milli müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş qüvvələrlə əlbir olub dövlətə qarşı törədilən təxribatlarda yaxından iştirak etmişdir. Onun “kitab”ında təsvir etdiyi hadisələr müəllifin subyektiv mülahizələrini və qərəzli siyasi mövqeyini açıq nümayiş etdirir.

Azərbaycanın müstəqilliyinin itirilməsi, ölkənin parçalanması təhlükəsini yaradan hadisələrə öz cızma-qaralarında “obyektiv yanaşdığını” iddia edərək, bu hadisələrdə əks mövqedə durması ilə zavallı Turqut Ər özü də dərk etmədən bu çirkin əməllərdə yaxından iştirakçı olduğunu, kimlərinsə əlində alətə çevrildiyini təsdiq edir. Elə bu səbəbdən də o, Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu proseslərində Heydər Əliyevin tarixi rolu və ulu öndərin hakimiyyətdə olduğu illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslər haqqında əsassız, qərəzli və qeyri-obyektiv mülahizələr irəli sürür, bununla da, ictimai rəyi çaşdırmağa çalışır.

Ancaq Turqut Ər təkcə bununla kifayətlənmir, Heydər Əliyev ilə yanaşı, Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəli də hədəfə alır, onun fəaliyyətinə kölgə salan qərəzli iddialar irəli sürür, bununla da, ermənipərəst qüvvələrin sifarişini yerinə yetirdiyini bir daha təsdiqləyir.

Azərbaycanı üzləşdiyi qardaş qırğını, müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmaq üçün gecə-gündüz yorulmadan çalışan, hərc-mərcliyin hökm sürdüyü, onu cinayətkar dəstələrin ağalıq etdiyi bir ölkədən dünyanın ən sabit, dinamik inkişaf edən ölkəsinə çevirmiş bir şəxsə - xalqın xilaskarı ulu öndər Heydər Əliyevə qarşı çıxanların mövqeyində durmağın, onları müdafiə etməyin özü də Azərbaycana düşmən münasibətidir. Ermənipərəst qüvvələrin sifarişini yerinə yetirən “diplomat” Azərbaycan xalqını fəlakətə sürükləyən insanları dəstəkləmək, Azərbaycanın dövlətçilik tarixində, xalqımızın yaddaşında ən ağrılı, qara ləkə kimi qalmış hadisələrə öz cılız dünyagörüşü ilə qiymət vermək, hadisələri qəsdən təhrif etmək, yalanlar və iftiralar yağdırmaqla öyünən bu insan nə əcəb milli dövlətçiliyimizə qarşı yönəlmiş təxribatlarda öz rolundan da bəhs etmir?

Turqut Ər və ondan alət kimi istifadə edən qüvvələr başa düşməlidirlər ki, Azərbaycanın dövlətçilik, müstəqillik tarixində ulu öndər Heydər Əliyevin yerini tarix özü müəyyənləşdirmişdir. Azərbaycan xalqı isə bu tarixə ləkə salmağa yol verməyəcək, belə cəhdlərə qətiyyətlə “yox!” deyəcəkdir.

Azərbaycanın sərvətlərinin, enerji resurslarının dünya bazarına çıxarılması marşrutları müəyyən edilərkən ulu öndər Heydər Əliyev neftin nəqli yolunu məhz qardaş Türkiyəyə əmanət etmişdir. Göstərilən təzyiqlərə, etirazlara baxmayaraq, indi artıq reallıq olan Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunələrindən biridir.

Bu gün Azərbaycanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə ümummilli lider Heydər Əliyevə olduğu qədər böyük ehtiram göstərilir. 2010-cu il mayın 17-də Bakının mərkəzi parklarından birində Mustafa Kamal Atatürkün abidəsinin açılış olmuşdur. Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı milli dəyərlərimizə dövlətlərimiz tərəfindən ən yüksək səviyyədə ehtiramın, diqqətin və qayğının əyani sübutudur. Bunu hamı - Azərbaycanın və Türkiyənin dostları da, düşmənləri də bilirlər. Məhz buna görə ikincilər əbədi, sarsılmaz qardaşlığa zərbə vurmaq üçün turqut ərlər kimi öz mənliklərini satan, düşmən dəyirmanına su tökən əqidəsiz insanlardan istifadə edirlər.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məsələyə münasibət bildirərkən demişdir: “Türk dünyasının elə qiymətli dəyərləri vardır ki, onlara toxunmaq, bu barədə qeyri-etik yazılar hazırlamaq yolverilməzdir. Bütün mənalı ömrünü xalqlarımızın, dövlətlərimizin xilasına, tərəqqisinə həsr etmiş ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi tarixi şəxsiyyətlərimizin misilsiz xidmətlərinin üzərinə kütləvi informasiya vasitələrində kölgə salmaq cəhdləri heç kəsə başucalığı gətirməz. Belə yazılar Azərbaycanı və Türkiyəni, dövlətlərimizin liderlərini sevməyən qüvvələrin rəvac verdikləri yaramaz hərəkətlərdir. Turqut Ərin yazısı da bu qəbildəndir”.

Turqut Ərin uydurmalarla dolu “kitab”ına Türkiyənin ictimai-siyasi xadimləri, ziyalıları, elm adamları və dövlət rəsmiləri də öz etirazlarını bildirmişlər. Qeyd etmişlər ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev türk dünyasının böyük liderlərindən biri kimi Türkiyədə də həmişə hörmət və ehtiramla xatırlanacaqdır.

Hər iki xalqın, dövlətin qardaşlıq əlaqələrinin sarsılmazlığı barədə Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırlatmaq istərdik: “Azərbaycan-Türkiyə əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” deyərkən ortaya qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm ki, hakimiyyətə hansı iqtidar gəlirsə gəlsin, aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə millətlərin əlaqəsidir. Çinki biz ulu öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlətik. Bunu dərindən anlamaq lazımdır”.

Turqut Ərin böhtan və qarayaxmalarla dolu olan “kitab”ı bizi təəccübləndirməməlidir. Çünki Azərbaycan və Türkiyənin arasını vurmaq cəhdləri, dostluğumuzu, qardaşlığımızı sarsıtmaq istəyən qüvvələr həmişə olub, gələcəkdə də olacaqdır. Lakin həmişə də daş qayaya rast gəlmiş, bu əzəli dostluğu sarsıtmaq mümkün olmamış, bu işdə alət kimi istifadə edilənlər isə oyuncaq olaraq qalmışlar. Bu cür hərəkətlər Azərbaycanda heç bir ictimai fikir formalaşdırmayıb və formalaşdırmayacaq da. Çünki xalqımız bu cür yanaşmanı, belə yaramaz əməlləri qəbul etmir, düşmən dəyirmanına su tökənlərə nifrət edir.

Ümummilli lider Heydər Əliyevin ideyalarını böyük qətiyyətlə və yaradıcılıqla davam etdirən Prezidentimiz İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycanın qardaş Türkiyə ilə münasibətləri daha da möhkəmlənmiş, sarsılmaz olmuşdur. Heç şübhə etmirik ki, bu, gələcək illərdə, əbədiliyə qədər belə olacaqdır.

Aslan Aslanov

AZƏRTAC-ın baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib