Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmənlə üz-üzə: yenilənmiş infrastruktur, uğurlu sosial layihələr, qazanılan nailiyyətlər

Tərtər, 24 iyul, AZƏRTAC

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələrində davamlı tərəqqiyə nail olunub. Respublikanın regionlarında genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilib, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb, sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib, şəhər və kəndlərin siması tanınmaz dərəcədə dəyişib. Yeni müəssisələrin və iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilib, sahibkarlığın inkişafında uğurlar qazanılıb.

Təqdim olunan bu yazıda respublikamızın bölgələrində həyata keçirilən sosial-iqtisadi inkişafa cəbhə bölgəsində yerləşən Tərtər rayonunun timsalında nəzər salacağıq.

Tərtərə gələnlər müasirliyin, gözəlliyin və səliqə-sahmanın şahidi olurlar

48 kilometr təmas xəttində yerləşməsinə, vaxtaşırı düşmənin təxribatlarına məruz qalmasına baxmayaraq dövlətimizin yüksək qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər rayonunda bütün sahələrdə inkişafa nail olunub. Rayonun iqtisadiyyatı dinamik inkişaf edib, sosial-iqtisadi göstəriciləri yüksəlib.

Statistik məlumatlara görə, iqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışı son 10 ildə 2,3 dəfə, sənaye sahəsində 2,5 dəfə, kənd təsərrüfatında 88,4 faiz artıb. Tikintidə artım 2,1 dəfə olub, son 10 ildə rayonun iqtisadiyyatına və sosial sferaya 453,5 milyon manat investisiya qoyulub. Rayonun iqtisadi göstəricilərinin yüksəlməsində sahibkarlığın inkişafı, iqtisadiyyata, o cümlədən aqrar sahəyə yönəldilən investisiyaların çoxalması mühüm rol oynayır. Son 10 ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 342 sahibkara 7,1 milyon manat güzəştli kredit verilib.

Genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Tərtər ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib. Tərtər şəhərinin prospekt və küçələri müasir üslubda yenidən qurulub, yollara asfalt örtük salınıb, işıqlandırma sistemləri quraşdırılıb, binaların dam örtüyü dəyişdirilib, fasad hissəsi müasirləşdirilib. Tərtər şəhərində inşa edilən Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Bayraq Meydanı, Olimpiya İdman Kompleksi, “Azərxalça” ASC-nin Tərtər filialı onun hüsnünə yeni naxışlar əlavə edib. Son 10 ildə Tərtər şəhərinin mərkəzi meydanı, Heydər Əliyev Parkı, rayon mərkəzi xəstəxanası və mədəniyyət mərkəzi yenidən qurulub, avtovağzal kompleksi, Regional Peşə Təlim Mərkəzi, tutumu 3 min ton olan logistik mərkəz, süd emalı zavodu, idarə, müəssisə və təşkilatlar üçün inzibati binalar inşa edilib. 9 yeni məktəb binası tikilib, 8 məktəb əsaslı təmir edilib, 5 modul tipli məktəb quraşdırılıb. 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb, düşmənin atəşi nəticəsində zərər çəkmiş yaşayış evləri və infrastruktur bərpa edilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki ədəd 16, bir ədəd 24 və bir ədəd 54 mənzilli yaşayış binaları, həmçinin onlarla fərdi ev istifadəyə verilib. Tərtər şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində həyata keçirilən tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işləri nəticəsində buraya gələn insanlar müharibənin amansız izləri, düşmən artilleriyasının dağıntıları ilə deyil, inkişafın, müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-sahmanın şahidi olurlar.

Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması diqqət mərkəzindədir

Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması, sosial layihələrin icrası, əhalinin sosial rifah halının yüksəldilməsi daim dövlətin diqqət mərkəzindədir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində, dövlət başçısının tapşırıq və sərəncamları ilə Tərtər rayonunda infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsi, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması, avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işləri görülüb. Rayonun bütün yaşayış məntəqələri qazlaşdırılıb. Əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı təmin olunub. Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub. Tərtər rayonunun 15 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün son 10 ildə 116 ədəd yeni subartezian quyusu qazılıb. Bərdə-İstisu avtomobil yolunun Tərtər-Bərdə və Tərtər-Şıxarx hissələri, Tərtər-Hindarx, Tərtər-Seydimli-Qaradağlı-Sarov, Bayandur-Poladlı, Cəmilli-Dəmirçilər, Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı, Səhləbad-Əskipara-Qarağacı-Qapanlı-Yuxarı Qaradağlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli, həmçinin İsmayılbəyli, Borsunlu avtomobil yolları yenidən qurulub. Tərtərçay üzərində 2 ədəd strateji əhəmiyyətli körpü inşa edilib.

Aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub

Tərtər rayonunda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir, heyvandarlıq və bitkiçilikdə məhsuldarlığın yüksəldilməsi, ixracyönümlü təsərrüfat sahələrinin yaradılması istiqamətində mühüm işlər görülür. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan tərtərlilər taxılçılıq, pambıqçılıq, baramaçılıq, bağçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər.

Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində uğurlu nəticələrə nail olunub. Son 5 il ərzində buğdanın əkin sahəsi 26,5 faiz, məhsul istehsalı 2 dəfə, məhsuldarlıq 12,1 faiz artıb. Buğdanın hər hektarının məhsuldarlığına görə Tərtər respublikanın taxılçılıq rayonları arasında ön sıralarda durur.

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Hazırda rayonda 1510 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Rayonda son 5 ildə 300 hektardan artıq yeni meyvə bağları salınıb, meyvə istehsalı 21,4 faiz artıb.

Ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərə uyğun olaraq, Tərtər rayonunun Xoruzlu kəndində intensiv bağçılıq təsərrüfatı yaradılıb. Xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etmək məqsədilə 156 hektarda yaradılan təsərrüfatda İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar meyvə tingləri müasir texnologiya əsasında əkilib. Tərtər rayonunda yaradılmış ixracyönümlü digər təsərrüfat Soyulan kəndi ərazisindəki istixana kompleksidir. Ən müasir avadanlıqların quraşdırıldığı kompleksdə istehsal edilən məhsulların yerli bazarla yanaşı, xaricə də ixrac edilməsi nəzərdə tutulur.

Respublikamızda ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini verib. 2014-2020-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,8 dəfə, məhsul istehsalı 6 dəfə, hər hektardan məhsuldarlıq 58,9 faiz artıb. Tərtər rayonu pambığın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdədir.

Baramaçılığın inkişafı məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. 2016-cı ildə rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4610 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram, 2019-cu ildə 18 min 322 kiloqram barama istehsal edilib.

Tərtər rayonunda heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də tədbirlər uğurla davam etdirilir. Son illərdə rayonda müasir heyvandarlıq kompleksinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib. Mal-qaranın baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub.

Bütün qüvvələr dördüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına səfərbər edilib

Hazırda Tərtər rayonunda bütün qüvvələr “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrasına səfərbər edilib. Proqrama əsasən rayonda sənayenin, kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı, təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq obyektlərinin tikintisi və təmiri, abadlıq-quruculuq işlərinin, elektrik enerjisi təminatının, içməli su təchizatının, telekommunikasiya və poçt xidmətlərinin, torpaqların su təminatının və meliorativ vəziyyətinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur.

Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin Tərtər rayonuna 6 dəfə səfər etməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə imzaladığı sərəncamlar, Dövlət proqramlarının icrası rayonun müasir inkişafını şərtləndirən əsas amillərdəndir. Dövlət başçısının səfərlərinin birində dediyi "Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük" sözləri hər bir tərtərlidə qürur hissi oyadır, onların qurub-yaratmaq həvəsini daha da artırır. Əminliklə demək olar ki, tərtərlilər bütün qüvvələri səfərbər edərək dördüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla icra olunmasına, doğma rayonlarının daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın bölgə müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb