Azərbaycan Dövlət İnformasiya Agentliyi

Duzun düzgün istehlakının insan sağlamlığına təsiri

Duzun düzgün istehlakının insan sağlamlığına təsiri

Bakı, 6 fevral, AZƏRTAC

Duzdan hələ bəşəriyyətin ilk çağlarında yeməklərin dadını və duzluluğunu artırmaq üçün istifadə olunub. Duzun emalı ilə bağlı ilkin fəaliyyətlər isə 8 min il əvvələ təsadüf edir.

Natrium xlorid kimi tanınan duz 40 faiz natrium və 60 faiz xlorid ionlarından ibarətdir. Qışda duz əlavə edilərək ət və digər mövsümi qidaların uzun müddət saxlanılması duzu çox əhəmiyyətli bir konservant kimi dəyərləndirməyə imkan verib. Ümumiyyətlə, duz qidalar üçün konservantdır. Yüksək duz konsentrasiyası qidaların xarab olmasına səbəb ola biləcək bakteriyaların qarşısını almağa kömək edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin baş mütəxəssisi Aysel Məmmədovanın hazırladığı elmi məqalədə bəhs olunur.

XIX əsrin axırlarında soyuducuların ixtira olunması duzdan konservant kimi istifadəni azaldıb və bu, istehlakın səviyyəsini nisbətən aşağı salıb. Lakin hazırda insanlar tərəfindən yüksək miqdarda duz ehtiva edən işlənmiş qidalardan istifadə olunması duz qəbulunu yenidən artırıb. Hazırda bir çox inkişaf etmiş ölkələrdə gündəlik duz qəbulunun 75 faizdən çoxu işlənmiş qidaların payına düşür.

Duz ehtiva edən qidalara çörək, taxıl və un məmulatları, işlənmiş ət məhsulları (kolbasa, sosis, vetçina), duzlu qəlyanaltılar (çipslər, krekerlər və s.), pendir, hazır şorbalar və başqaları daxildir. Tərkibində az duz olan təbii qidalar, məsələn, ət, tərəvəzlər, meyvələr və s. emal edildikdə isə onlardan hazırlanan qidalarda duzun konsentrasiyası kifayət qədər artır. Qida sənayesində işlənmiş qidalarda duzun səviyyəsinin azaldılması isə heç də asan deyil. Çünki məhsulun keyfiyyət xüsusiyyətləri və istehlakçı tərəfindən qəbul edilməsi məhsulun tərkibindəki duzun miqdarı ilə sıx bağlıdır.

Tədqiqatlar göstərib ki, qidaların tərkibində olan duz zülal, yağ və su kimi digər komponentlərlə qarşılıqlı əlaqədə olur. Eyni zamanda qidanın teksturasına və emal zamanı baş verən proseslərə, həmçinin qidanın keyfiyyətinə (yağ tərkibi, nəmlik, pH dəyəri) təsir göstərir. Çörək və un məmulatlarının hazırlanması zamanı əlavə olunan duzun miqdarı isə əhəmiyyət kəsb edir. Kifayət qədər əlavə edilməmiş duz çox böyük və zəif teksturaya malik kütlənin əmələ gəlməsinə səbəb ola bilir. Duzun miofibrilyar zülalları həlletmə qabiliyyəti emulsiyalaşdırılmış ət məhsullarının (kolbasa, sosis və s.) istehsalında mühüm rol oynayır Pendir istehsalının son mərhələsində əlavə edilən duz isə həmin məhsulda natriumun əsas mənbəyidir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən böyüklərin gündə 5 qramdan az duz istehlak etməsi tövsiyə olunur. 2-15 yaş arasında olan uşaqlarda həmin miqdarın daha da aşağı salınması məsləhət görülür. İstehlak edilən bütün duzların isə yodlaşdırılması məqsədəuyğundur. Belə ki, yod uşaqlarda və gənclərdə beynin inkişafı, zehnin gücləndirilməsi üçün çox önəmlidir. Qeyd edək ki, Universal Duzun Yodlaşdırılması (USİ) dünyada yod çatışmazlığının qarşısının alınması üçün əhəmiyyətli səhiyyə strategiyasıdır.

Qida rasionumuzdakı natrium mənbəyi daha çox süfrə duzu kimi qəbul edilən natrium xloriddir. Natrium insan orqanizmində maye və elektrolit balansının, qan təzyiqinin tənzimlənməsində, sinir impulslarının keçiriciliyinin təmin edilməsində mühüm rol oynayır. Amma həddindən artıq natrium istehlakı insan orqanizmində hipertoniya, insult kimi ürək-damar xəstəlikləri ilə yanaşı, mədə xərçəngi, böyrək xəstəlikləri, sümüklərdə mineral çatışmazlığı, obezlik və bu kimi bir sıra təhlükəli xəstəliklərə səbəb olur. Həmçinin bağırsaq mikroflorasının pozulmasına gətirib çıxarır. Təsadüfi deyil ki, ÜST ürək-damar xəstəliklərinin azaldılması məqsədilə 2025-ci ilə qədər duzdan istifadənin 30 faizədək azaldılması təklifini irəli sürüb.

Tədqiqatlara əsasən, ölkələr arasında yemək vərdişlərindəki fərqlər həmin regionda olan istehlakçıların gündəlik duz qəbuluna təsir göstərir. Məhz bu səbəbdən hazırda ÜST-nin təşəbbüsü ilə dünya ölkələri qida rasionunda duzdan istifadənin azaldılması ilə bağlı müxtəlif strategiyalar və tədbirlər üzərində işləyir. Bu çərçivədə ev şəraitində istifadə olunan duzun miqdarını tədricən azaltmaq, hazırlanan yeməklərə duz əlavə etməkdən çəkinmək, duzun əvəzinə ətirli ot, limon suyu, şərab, sirkə kimi ədviyyatlardan yararlanmaq, yemək masasında içərisində duz olan qab saxlamamaq, duzlu qəlyanaltıları istehlak etməmək, az natrium ehtiva edən qidaların istehlakını tədricən rasiondan çıxarmaq məsləhət görülür. Eyni zamanda duzdan istifadəni azaltmaq məqsədilə qida və iaşə işçiləri üçün təlim proqramlarının hazırlanması və onların həmin təlimlərə cəlb olunması, iaşə müəssisələrində masalardan içərisində duz olan qabların və duz ehtiva edən ədviyyatların, məsələn, soyanın yığışdırılması, eləcə də əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədəuyğundur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO