Azərbaycan Dövlət İnformasiya Agentliyi

DYP XİDMƏTİ ƏMƏKDAŞLARI QARŞISINDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR

Noyabrın 13-də respublika Daxili İşlər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli Fərmanından irəli gələn müddəaların həyata keçirilməsi və bununla əlaqədar Dövlət Yol Polisi xidməti əməkdaşları qarşısında duran vəzifələrin həlli yollarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir. 

Müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə son illər uğurla həyata keçirilən ardıcıl, hüquqi-demokratik islahatlar nəticəsində cəmiyyət həyatının bütün istiqamətlərində böyük nailiyyətlər qazanıldığını, bunun nəticəsində ölkəmizin beynəlxalq aləmdə sabit, dinamik şəkildə inkişaf edən, sülhsevər, yüksək iqtisadi potensiala malik dövlət, etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmləndiyini bildirmişdir. Nazir qeyd etmişdir ki, ictimai-siyasi, sosial iqtisadi sahələrdə olduğu kimi, hüquq müharfizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi sistemində də ciddi islahatlar gedir, onların fəaliyyətini tənzimləyən normativ-hüquqi baza beynəlxalq standartlara, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq daha da təkmilləşdirilir, zəruri struktur dəyişiklikləri aparılır.

Ölkənin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən sahibkarlığın inkişafına əngəl törədən amillərin aradan qaldırılması baxımından vacib olan məlum fərmanla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən zəruri tədbirlər həyata keçirilmiş, iqtisadiyyatda cinayətkarlıqla mübarizə xidməti ləğv edilmiş, dövlət yol polisinin ştatları isə 15 faiz ixtisar olunmuşdur. Eyni zamanda həmin Fərmanın daxili işlər orqanlarında dərindən öyrənilməsi, onun müddəalarından irəli gələn tələblərə dönmədən əməl olunmasının vacibliyi, sahibkarlıq fəaliyyətinə müdaxiləyə yol verən əməkdaşlar barəsində daxili işlər orqanlarından xaric olunanadək ən sərt ölçülərin götürüləcəyi onların nəzərinə çatdırılmışdır.

Sonra gündəlikdəki məsələlər barəsində məruzələr dinlənilmişdir. Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli Fərmanına əsasən dövlət yol polisi xidmətində aparılan təşkilati ştat və struktur dəyişiklikləri ilə əlaqədar ixtisara düşmüş əməkdaşların yerləşdirilməsi üzrə işin vəziyyətinə dair DİN Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki Məmməd Əsgərov ətraflı məlumat vermişdir. DİN Baş Dövlət Yol Polisi idarəsinin rəisi, polis polkovniki Ramiz Zeynalov “Yol hərəkəti təhlükəsizliyinin təmini üzrə Azərbaycan Respublikasının qanunvericilik və Din-nin müvafiq normativ-hüquqi aktlarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində dövlət yol polisi əməkdaşları tərəfindən görülən işlər barəsində məruzə ilə çıxış etmişdir. Dövlət Yol Polisi qurumlarında ixtisarlar aparıldığını, ixtisara düşmüş əməkdaşların digər xidmətlərə keçirildiyini bildirən Baş İdarə rəisi qeyd etmişdir ki, ölkə Prezidentinin iradları görülən işlərin daha dərindən təhlilini, onun müasir dövrün tələblərinə uyğun qurulmasını, xidməti fəaliyyətdə son illər əldə olunmuş müsbət meyllərin qorunması üçün elmi-texniki tərəqqinin yeni nailiyyətlərindən səmərəli istifadəsini, polis-vətəndaş hüquqi münasibətlərinin demokratik prinsiplərə uyğun qurulmasını zəruri edir, hərəkətin düzgün təşkili məsələlərini önə çəkir.

Paytaxtın dövlət yol polisi əməkdaşlarının fəaliyyətində olan nöqsan və çatışmazlıqların aradan qaldırılması, ölkə Prezidentinin məlum Fərmanının, bununla əlaqədar DİN-nin əmr və göstərişlərinin icrası barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Həsən Şirinov məruzə etmişdir.

Müşavirəyə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin əsas vəzifələrindən olan yol hərəkəti təhlükəsizliyinin təmini, yol-patrul xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, əməkdaşlar tərəfindən mənfi hallara yol verilməsinin qarşısının alınması işinə tələbkarlıq və nəzarətin gücləndirilməsi üçün əməli ölçülər götürüldüyünü söyləmişdir.

Bununla belə Dövlət Yol Polisinin ayrı-ayrı əməkdaşları tərəfindən insan hüquqlarının pozulması, nəqliyyat vasitələrinin işinə və hərəkətinə yersiz müdaxilə, yol hərəkəti qaydalarının tənzimlənməsi məsələlərində və yol hərəkəti iştirakçıları ilə münasibətlərdə özbaşınalıqlara yol verilməsi hallarına təəssüf ki, hələ də rast gəlinir. Daxili işlər nazirinin fikrincə, belə mənfi təzahürlər vətəndaşların və ya iş adamlarının haqlı narazılığına səbəb olur və bütövlükdə daxili işlər orqanlarının nüfuzuna, cəmiyyətimiz tərəfindən təqdir olunan önəmli fəaliyyətinə, qazanılmış uğurlarına xələl gətirir.

Dövlət Yol Polisi, digər bayır xidmətləri ilə yanaşı, ölkə başçısının qeyd etdiyi kimi, əhali ilə daim sıx təmasda olan əsas nizami hissələrdən biri olaraq öz davranışı ilə vətəndaşlarda, xarici iş adamlarında Azərbaycan polisi, bütövlükdə dövlətimiz haqqında təəssürat yaradır. Nazirlik tərəfindən polisin fəaliyyəti ilə bağlı müvafiq əmrlərin, təlimatların, göstərişlərin, hətta davranış qaydaları haqqında metodiki vəsaitlərin yerlərə göndərilməsinə baxmayaraq, bəzən ayrı-ayrı rəhbər işçilər və əməkdaşlar bu məsələyə laqeyd münasibət bəsləyirlər. Bir sıra hallarda mənfi hərəkətlərə, sürücülərlə kobud rəftara yol verilir. Belə əməkdaşlarla bağlı nazirliyə daxil olmuş hər bir müraciət araşdırılır, günahkar şəxslər barədə ciddi intizam tədbirləri görülür.

Daha sonra general-polkovnik R.Usubov qeyd etmişdir ki, hamıya yaxşı məlum olan nöqsanlar, xidmət zamanı baş verən mənfi təzahürlər, bununla əlaqədar vətəndaşların haqlı narazılıqları, dövlət başçısının əsaslı iradları yol polisi xidmətinin rəhbərliyini və əməkdaşlarını ciddi düşündürməli, onların fəaliyyətində köklü dəyişikliklərin baş verməsinə səbəb olmalıdır.

Sonra daxili işlər naziri yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri və onların həlli yollarını müşavirə iştirakçılarının nəzərinə çatdıraraq bildirmişdir ki, hərəkət iştirakçıları arasında hüquqi təbliğat və maarifləndirmə işi genişləndirilməli, bu məqsədlə və mənfi halların tezliklə aradan qaldırılması üçün xüsusi tədbirlər hazırlanıb həyata keçirilməli, hərəkətin təhlükəsizliyinin təmini işinin daha da təkmilləşdirilməsi üzrə təşəbbüskarlıq artırılmalıdır. Bu məqsədlə qabaqcıl dünya təcrübəsi öyrənilməli və fəaliyyətdə tətbiq olunmalıdır.

Nazirin çıxışında bir daha bəyan edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn müddəalarla əlaqədar nazirliyin rəhbərliyinin mövqeyi qəti, birmənalı və prinsipialdır: sahibkarlığın inkişafına mane olan müdaxilələr, avtonəqliyyat vasitələrinin əsassız və yersiz saxlanılması yolverilməzdir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müşavirəyə yekun vuraraq Azərbaycan Prezidenti cənab Heydər Əliyevin polis gününə həsr olunmuş təntənəli mərasimdə söylədiyi müdrik bir kəlamı xatırlatmış və onu daxili işlər orqanları əməkdaşlarının fəaliyyətində rəhbər tutulmasını tövsiyə etmişdir: “...gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlığa qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər. Mən istəyirəm ki, polisi sevsinlər...”.

Nazir əmin olduğunu bildirmişdir ki, dövlət yol polisi əməkdaşları ölkə rəhbərinin qarşıya qoyduğu məsul vəzifələrin öhdəsindən layiqincə gələcək, haqlı tənqid və iradlardan düzgün nəticə çıxaracaq, yol hərəkəti təhlükəsizliyinin daha etibarlı təmini və insan hüquqlarına ciddi riayət olunması üçün fəaliyyətlərini, səylərini bir an səngitməyəcək, möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin daxili işlər orqanlarına olan etimadını daim doğruldacaqlar.

Daxili İşlər Nazirliyi

Mətbuat xidməti

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir