Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilib




Bakı, 6 yanvar, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsi, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, yüksək piyada intensivliyi və tələbat nəzərə alınaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni piyada səkisi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib.
Bu çərçivədə səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (taktil) döşəmələr yerləşdirilib, əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa olunub, hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]