“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” – yeni nəşr
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən Mustafanın (Aytən İmanova) tərtib etdiyi “Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabda yer alan “Ön söz”ün müəllifi də Aytən Mustafadır. Elmi-mədəni ictimaiyyət üçün nəzərdə tutulmuş bu kitabda XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının və fikir tarixinin görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin Əlyazmalar İnstitutunda qorunan 9 saylı şəxsi arxivindən onun indiyə qədər ədəbi-mədəni mühitə tanış olmayan tarixi və ədəbi qeydləri, bəzi əsərləri, türk dili və türk teatr tarixi haqqında tədqiqatları orijinalda və rus dilindən tərcümə edilərək oxuculara çatdırılıb.
Yeni nəşrin elmi redaktoru mərhum mətnşünas alim Paşa Kərimov, rəyçiləri professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru Nailə Səmədovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]