ECO ÖLKƏLƏRİNİN ZİRVƏ GÖRÜŞÜ SENTYABRDA KEÇİRİLƏCƏK
On ölkənin, o cümlədən Azərbaycanın üzv olduğu bu təşkilatın növbəti zirvə görüşünün əsas mövzuları 2003-cü il iyulun 17-də imzalanmış ticarət müqaviləsinin yerinə yetirilməsi, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında kommunikasiyaların inkişafı olacaqdır. Qarşıdakı 12 il ərzində regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri də müzakirə ediləcəkdir.