Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədibə İsmayılova: Milli Kitabxana 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilib - müsahibə

Bakı, 23 may, AZƏRTAC

Bu gün Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi tamam olur. Milli Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb. Belə bir əlamətdar gündə AZƏRTAC-ın əməkdaşı Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ilə həmsöhbət olub.

-Ədibə xanım, yüz illik tarixi olan Milli Kitabxananın yaradılması ideyası haqqında məlumat verərdiniz...

-Azərbaycanda hamının istifadə edə biləcəyi Milli Kitabxananın yaradılması fikri hələ XIX əsrin 70‐ci illərində “Əkinçi” qəzeti tərəfindən irəli sürülüb. Sonralar ölkə mətbuatında, o cümlədən “İrşad”, “Kaspi”, “Tərəqqi” qəzetləri, həmçinin “Molla Nəsrəddin” jurnalında bu məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, Milli Kitabxananın yaradılması təşəbbüsü dövlət səviyyəsində Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yenidən qaldırıldı. Lakin sonralar respublikada ictimai‐siyasi mühitin kəskin surətdə gərginləşməsi ilə əlaqədar bu məsələ təxirə salındı və Demokratik Respublikanın süqutu bu ideyanın həyata keçməsinə imkan vermədi. Arxiv sənədlərindən məlum olur ki, Bakıda mərkəzi dövlət kitabxanasının yaradılması məsələsi ilk dəfə Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920‐ci il tarixli 53 saylı iclasında müzakirə edilmiş, kitabxananın yararlı bina, avadanlıq və kitab fondu ilə təmin edilməsi haqqında müvafiq qərar qəbul edilib. 1922‐ci ilin yanvar ayında Xalq Maarif Komissarlığı tərəfindən Mərkəzi kitabxananın direktor vəzifəsi təsis edilir və bu vəzifəyə Müseyib İbrahim oğlu Səlimov təyin edilir. Yeni yaranan kitabxana indiki Üzeyir Hacıbəyli küçəsindəki keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında yerləşdirildi. Azərbaycanın Mərkəzi Kitabxanasının fondunun əsasını ilkin mərhələdə İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından toplanmış 5 min 212 nüsxə kitab təşkil etmişdir. O dövrdə kitabxana tərəfindən həyata keçirilən ən mühüm tədbirlərdən biri respublikada nəşr edilən bütün kitab, jurnal və qəzetlərin iki məcburi nüsxəsinin alınması haqqında dekretin hazırlanıb Respublika Xalq Maarif Komissarlığı tərəfindən təsdiqlənməsi idi. Dövlət səviyyəsində qəbul edilmiş bu sənəd Mərkəzi Kitabxananın kitab fondunun müntəzəm və planlı surətdə yeni ədəbiyyatla komplektləşdirilməsinin əsasını qoydu. 1923‐cü ildən başlayaraq kitabxanaya məcburi nüsxələr daxil olmağa başladı. Kitabxananın açılışı ərəfəsində fondun ümumi həcmi 20 min 441 nüsxəyə çatmışdı. Kitabxananın təsis edilməsi, ona Azərbaycan Mərkəzi Dövlət Kitabxanası statusunun verilməsi və dövlət səviyyəsində açılışı 23 may 1923‐cü ildə olduğundan bu tarix Milli Kitabxananın yaranması günü kimi qəbul edilir.

-Ölkəmiz müstəqillik əldə etdikdən sonra Milli Kitabxananın fəaliyyətində hansı yeniliklər olub?

Müstəqillik illərini Milli Kitabxananın fəaliyyətinin çiçəklənməsi dövrü kimi qeyd etmək olar. Məhz bu dövrdə Milli Kitabxana xalqımızın milli‐mənəvi dəyərlərinin etibarlı şəkildə mühafizə olunaraq gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirən elm məbədinə, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə gedən flaqmana, əsl mədəniyyət mərkəzinə çevrilib. Ulu Öndər Heydər Əliyev mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı ilə yanaşmışdır və bu diqqət milli-mənəvi dəyərlərimizi yaşadaraq gələcək nəsillərə çatdıran Milli Kitabxanamızdan da yan keçməyib. 1995-1997-ci illərdə dəfələrlə bu elm məbədinə gələn və hər gəlişi ilə bu kitabxanaya yeni bir ab-hava, müsbət dəyişikliklər gətirən Ulu Öndər təsadüfi olaraq demirdi ki, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Kitaba belə dahiyanə dəyər verən Heydər Əliyev kitabxanaya gələrkən öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın qiymətli kitabı Milli Kitabxanaya hədiyyə edib. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövründə -1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanada olub. “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq M.F.Axundzadə adına Dövlət Kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004‐cü il tarixli qərarı ilə “Milli Kitabxana” statusu verilib. Bu status kitabxananın qarşısına qoyulmuş vəzifələrin əhatəsini xeyli genişləndirmiş, ölkənin ictimai həyatında rolunu artırıb.

-Son illər hansı mühüm layihələr reallaşdırılıb və bu layihələr ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə nə kimi töhfə verib?

- ABŞ‐ın VTLS korporasiyasının məxsusi kitabxanalar üçün işləyib hazırladığı VİRTUA proqramının tətbiqi ilə Milli Kitabxanada elektron kataloqun yaradılmasına hazırlıq işləri başa çatıb, 2006‐cı ilin mayında Milli Kitabxananın veb‐saytının və elektron kataloqunun təqdimatı olub. 2010‐cu ildən Kitabxana fondlarında olan kitabların rəqəmsallaşdırılması işi xeyli sürətlənmiş, “Azərbaycan ədəbiyyatının arxivi” və “Nadir kitablar və kitabxana muzeyi” şöbələrində olan və oxucular tərəfindən ən çox tələb olunan kitabların, XIX əsrin sonunda və XX əsrin əvvəllərində respublikamızda dərc olunan qəzet və jurnalların demək olar ki, 90 faizinin elektron versiyası hazırlanmışdı. Milli Kitabxananın oxuculara və kitabxanalara təqdim etdiyi son yeniliklərdən biri də məsafədən virtual kitab sifarişi sisteminin yaradılması oldu. Yəni İnternetə çıxışı olan hər bir oxucu saytdakı “Virtual xidmət” bölməsinə daxil olaraq istənilən kitabı sifariş edə bilirdi. 2008‐ci ildə Milli Kitabxananın Elektron dissertasiya fondunun təşkili və ondan istifadə şöbəsində Rusiya Dövlət Kitabxanasının Elektron dissertasiya fondunun Virtual oxu zalı açıldı. Oxu zalında Azərbaycan Milli Kitabxanasının oxucuları Rusiya Dövlət Kitabxanasının dissertasiya və avtoreferatlar fondunda mühafizə olunan 1 milyondan artıq dissertasiya və avtoreferatın tam elektron mətnindən istifadə etmək imkanı əldə etdilər. Şöbə Azərbaycanda müdafiə olunmuş dissertasiyaların tam mətnli elektron məlumat bazası ilə də oxuculara virtual xidmət göstərirdi.

-Milli Kitabxananın beynəlxalq əlaqələrindən də danışardınız...

- Müstəqillik illərində Milli Kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlayıb. Azərbaycan Milli Kitabxanası Müstəqil Dövlətlər Birliyinin milli kitabxanalarını özündə birləşdirən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) beş təsisçisindən biri olaraq, keçmiş Sovetlər birliyi məkanında yeganə professional kitabxana təşkilatının yaradıcılarından biri kimi çıxış etdi. 2005-ci ildə Azərbaycan Milli Kitabxanası dünyada çox nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatına üzvlüyə qəbul olundu. Bu nüfuzlu təşkilatın Lüksemburqda keçirilən illik iclasında ilk dəfə təmsil edildi və 43 ölkənin yekdil qərarı ilə həmin təşkilata üzv oldu. 2009-cu ilin avqustunda Azərbaycan Milli Kitabxanası Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları Federasiyasına (İFLA) üzvlüyə qəbul edildi və ilk dəfə həmin ilin avqustunda İFLA-nın Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində keçirilən illik iclasında iştirak etdi. Bu zaman İFLA-nın prezidenti tərəfindən Azərbaycan Milli Kitabxanasına İFLA-nın üzvlüyü sertifikatı təqdim edildi. Eyni zamanda, Azərbaycan Milli Kitabxanası İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları və Arxiv təşkilatları Birliyinin və Türkdilli Ölkələrin Milli Kitabxanaları Direktorları Şurasının da üzvüdür və bu beynəlxalq təşkilatların layihələrində fəal iştirak edir. Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri bu gün dünya kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq istiqamətində də uğurla inkişaf etməkdədir. Bu gün Milli Kitabxanamız dünyanın 47 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalamışdır və bu kitabxanalarla fəal kitab, informasiya, təcrübə mübadiləsini həyata keçirir, eyni zamanda, dünyanın 80-dən artıq ölkəsinin milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi yolu ilə kitab və digər nəşrlərin mübadiləsini həyata keçirir. Azərbaycan Respublikasında Kitabxana-informasiya sahəsinin inkişafında və yenidən qurulmasında mühüm mərhələ təşkil edən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bütövlükdə ölkəmizdə kitabxanaların, o cümlədən Milli Kitabxananın fəaliyyətinin günün tələbləri səviyyəsində yenidən qurulmasında, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasında, oxuculara kitabxana-biblioqrafiya xidmətlərinin təkmilləşdirilməsində və elektronlaşdırılmasında əhəmiyyətli rol oynadı. Bu Dövlət Proqramının uğurla yerinə yetirilməsi Azərbaycan Milli Kitabxanasının aparıcı dünya ölkələrinin milli kitabxanaları sırasında öncül yerlərdən birinə çıxmasına və Cənubi Qafqazın ən modern kitabxanası səviyyəsinə yüksəlməsinə səbəb oldu.

-Milli Kitabxananın Avropa standartlarına uyğunlaşdırılması istiqamətində hansı işlər görülüb?

-2014-cü ildən Milli Kitabxananın kolleksiyalarında müasir tipli mobil kitab rəflərinin quraşdırılması işlərinə başlanıldı. Tozu, rütubəti, işığı buraxmayan və qiymətli kitabların günəş işığından və digər kənar təsirlərdən qorunmasına xidmət edən mobil kitab rəfləri, eyni zamanda, yeni kitabların yerləşdirilməsi imkanlarının da iki dəfə artırılmasına kömək edir. Son illərdə Kitabxanada Avropa standartlarına uyğun işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılıb, qazla işləyən avtomatlaşdırılmış yanğınxəbərverici və yanğınsöndürücü sistem quraşdırılaraq istifadəyə verilib. Fondun xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət işini yaxşılaşdırır, həm də qiymətli kitab kolleksiyalarının etibarlı mühafizəsinə xidmət edir. Hazırda kitabxananın Azərbaycan ədəbiyyatının milli arxiv fondu, Azərbaycan ədəbiyyatı fondu, Azərbaycan bəstəkarlarının not əlyazmaları fondu və bütün digər sənədlər yüksəkkeyfiyyətli müasir tipli mobil kitab rəflərinə köçürülüb və bu ilin sonunadək bu işin tamamilə başa çatdırılması nəzərdə tutulur. 2016-cı ilin iyul ayında Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında paytaxt sakinləri və şəhərimizin qonaqları üçün fasiləsiz və sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə, Milli Kitabxananın nəzdində həftənin bütün günləri, 24 saat xidmət göstərən “Mən oxudum, sən də oxu” devizi altında işləyən “Açıq Kitabxana” yaradıldı. Açıq kitabxanada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. 2020-2021-ci illərdə Milli kitabxananın fonduna müxtəlif mənbələrdən 33 641 nüsxə ədəbiyyat daxil oldu. Pandemiya şəraitində Milli Kitabxanada tammətnli elektron resursların yaradılması işi də qənaətbəxş olub. Yaranan maneələrə baxmayaraq Milli Kitabxanada robot skanerlər, portativ skanerlər və rəqəmsal fotoaparatlar vasitəsi ilə çəkilmiş və qrafik proqramlarda işlənmiş 88048 tammətnli (kitab, dissertasiya, dövri-mətbuat olmaqla) elektron resurs yaradıldı. Pandemiya ilə əlaqədar bilavasitə kitabxanada oxuculara xidmət dayandırıldığı üçün qısa zaman kəsiyində istifadəçilərə kitabxana-informasiya xidmətini virtual rejimdə təqdim etmək üçün xidmət miqyasını genişləndirərək, kitabxananın saytında yeni "Onlayn xidmətlər” pəncərəsi yaradıldı. Bu pəncərənin “Sənədlərin sifarişi və elektron çatdırılması” bölməsi vasitəsilə istifadəçilərə 246 098 resurs göndərilib. Kitabxananın (millikitabxana.az) saytına daxil olan istifadəçilərin sayı isə 7.500.523 nəfər olub. Pandemiya şəraitində Milli Kitabxananın fəaliyyəti kitabxananın elektron xidmətlərinin, elektron kataloq və elektron kitabxanasının daha da təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə əhəmiyyətli təkan verdi. Uzun illər Ana Kitabxanamız xalqımızın milli‐mənəvi dəyərlərini etibarlı şəkildə mühafizə edərək gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmiş, oxuculara kitabxana xidmətinin müasir dövrün tələblərinə uyğun olaraq yenidən qurulması məqsədilə yeni texnologiyaların tətbiqi işində öndə getmiş, milli-mənəvi dəyərlərimizin təbliğində və vətənə qayıdışı istiqamətində layihələrə imza atmışdır. Milli Kitabxananın son illərdə əldə etdiyi böyük nailiyyətləri yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Fəaliyyətə başladığı dövrdən etibarən Azərbaycan Milli Kitabxanası zəngin inkişaf yolu keçərək böyük əhəmiyyətə malik nəşrləri mühafizə edən mədəni sərvətlər xəzinəsinə çevrilmişdir. Ötən müddət ərzində o, cəmiyyətin intellektual‐mənəvi potensialının artırılmasında əvəzsiz rol oynamış, elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini vermişdir".

Beləliklə, doğma Milli Kitabxanamız öz tarixi 100 illik fəaliyyəti dövründə Azərbaycan xalqının elm məbədgahına çevrilib.

-Sizi və çoxsaylı kollektivinizi əlamətdar gün münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək

Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib

Yunanıstan süni intellekti Konstitusiyaya daxil etməyə hazırlaşır

Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır

Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

Prezidentin Zəngilandakı çıxışı Azərbaycanın regionda yeni reallıqları müəyyən edən dövlət olduğunu sübut edir – ŞƏRH

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Şahin Bayramov: Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib VİDEO

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

Səfir: Heydər Əliyev Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının banisidir

Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib

ANAMA-nın kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib

Şamil Əliyev: Dünya hər birimizin evidir və burada müharibəyə yer olmamalıdır

Ulu Öndər Heydər Əliyevin xatirəsi Niderlandda da anılıb

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizin parlaq mərhələsini təşkil edir

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri Ulu Öndərin strateji hədəflərinin təzahürüdür

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

Qusarda komandalararası şahmat turnirinin qalibləri mükafatlandırılıb

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Füzulidə Ulu Öndərin xatirəsinə həsr edilən “İz” sənədli filmi nümayiş olunub VİDEO

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib VİDEO

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

Ağdam şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla anılıb, yeni yaşıllıq salınıb VİDEO

SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub

Kəlbəcərdə ağacəkmə aksiyası - “Yaşıl mirasdan güclü gələcəyə”

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası VİDEO

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası VİDEO

WUF13 Festivalı Xankəndidə: Qarabağ Universitetində məlumatlandırma sessiyası VİDEO

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir VİDEO

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir VİDEO

Goranboylular Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər

Azərbaycan-Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Dövlətçiliyə həsr olunan ömür VİDEO

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub VİDEO

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı VİDEO

Almaniyanın Barleben şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş idman festivalı VİDEO

Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib VİDEO

Niderlandda Ulu Öndərin xatirəsi yad edilib

XRİTDX-də Ümummilli Lider Heydər Əliyevə həsr edilən silsilə tədbirlər təşkil edilib

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

Müasir müstəqil Azərbaycanın memarına böyük ehtiram

Tbilisi və Rustavi şəhərlərində Ulu Öndərin abidəsi ziyarət olunub

Xarici işlər naziri: Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir VİDEO

Xarici işlər naziri: Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir VİDEO

Nazir: Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir

Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir VİDEO

Emin Əmrullayev: Bəzi qəzalı məktəblər üzrə işlər mərhələli şəkildə davam etdirilir VİDEO

Ümummilli Liderin anadan olmasının 103 illiyi münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Ümummilli Liderin siyasi iradəsi və şəxsi nümunəsi xalqı bir araya gətirdi ŞƏRH

TADDEF-in sədr müavini: Heydər Əliyevə olan sevgi sönmür

Bu saata olan əsas xəbərlər

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər

Hikmət Babaoğlu: Ulu Öndərin dövlətçilik irsi vahid dövlətçilik konsepsiyasıdır

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var VİDEO

Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var VİDEO

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

“Baku Steel Company” QSC-nin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

“Bayraqdar Türanə”nin unudulmaz görüşü - Heydər Əliyevin diqqətini çəkən gənc qızın xatirəsi

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi

Ağdamda yol qəzasında ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB

Prezident Administrasiyasının rəhbəri: Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib

Bolqarıstan mediasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə məqalələr nəşr edilib

Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı

Samir Nuriyev: Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir

Prezident İlham Əliyev Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, Azərbaycanı qüdrətli dövlətə çevirdi

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

İdeyaları ilə Zəfərə yol açan Dahi Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür