Efiopiya “Afrikanı yaşıl edək” təşəbbüsünə qoşulub
Əddis-Əbəbə, 30 avqust, AZƏRTAC
Efiopiya “Switch Afrika Green” (Afrikanı yaşıl edək) proqramına qoşulmaq qərarına gəldiyini bəyan edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu proqram kənd təsərrüfatının dayanıqlı inkişafına və sənaye tullantılarının utilizasiyasının idarə olunmasına istiqamətlənib.
Efiopiyanın ətraf mühit, meşələr və iqlimin dəyişilməsi üzrə komissarı Fıkadu Beyyene bildirib ki, Efiopiyanın bu proqramın bir hissəsi olmaq haqqında qərarı millətin iqlim şəraitinin dəyişməsi ilə bağlı davamlı yaşıl iqtisadiyyat proqramının həyata keçirilməsi sahəsindəki səylərinə kömək edəcək. O əlavə edib ki, bu proqram bütün ölkə ərazisində ekoloji təmiz və gəlirli müəssisələrin yaradılması və inkişafı üçün dövlət və özəl sektorlarının görəcəkləri tədbirlərinin koordinasiyasına münbit şərait yaradacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]