Əfqanıstan Azərbaycanın Maliyyə Nazirliyində tətbiq olunan təcrübələri öyrənmək istəyir
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov martın 15-də Əfqanıstan İslam Respublikasının maliyyə naziri Əklil Əhməd Hakimi ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Əfqanıstan arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələrin önəmi qeyd edilib, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə apardığı müzakirələr, xüsusilə ikitərəfli iqtisadi və maliyyə fəaliyyəti sahəsində dövlət başçıları tərəfindən verilmiş müvafiq göstərişlərin icra vəziyyəti nəzərdən keçirilib. Həmçinin Azərbaycanın Maliyyə Nazirliyində tətbiq olunan və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təcrübələrin Əfqanıstanda da tətbiqi və bu çərçivədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]