ƏFQANISTANIN BƏDƏXŞAN VİLAYƏTİNDƏ GÜCLÜ ZƏLZƏLƏ
Pakistanın Pişəvər şəhərində yerləşən seysmoloji mərkəzin verdiyi məlumatda deyilir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 6,8 bal olmuşdur. Zəlzələ o dərəcə güclü olmuşdur ki, hətta onun mərkəzindən 275 kilometr aralıda yerləşən Kabilin sakinləri vəlvələ içərisində evlərini tərk etməyə başlamışlar. Əfqanıstanın paytaxtında bir neçə yaşayış evi dağılmışdır. Əfqanıstan hökuməti zərər çəkmiş rayonların əhalisinə yardım göstərilməsi üçün tədbirlər görür.