Egey dənizində 25 il sonra yalançı qatil balinalara rast gəlinib
İstanbul, 19 may, AZƏRTAC
Egey dənizində 25 il sonra ilk dəfə yalançı qatil balinalara rast gəlinib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Gökçəada sahillərinə yaxın bölgədə görüntülənən bu su canlıları İstanbul Universitetinin su elmləri fakültəsinin mütəxəssisləri tərəfindən araşdırılıb. Məlum olub ki, görüntüdə müşahidə edilən səkkiz su canlısı nəsli kəsilməkdə olan və bu bölgədə 25 ildir görünməyən yalançı qatil balinalardır. Elmi adı "Pseudorca crassidens" olan bu balina növünün şimali Egey bölgəsində indiyədək görülmədiyi də bildirilib.
Qeyd edək ki, bu canlılar baş hissəsi qatil balinalara bənzədiyi üçün 1800-cü illərdə "yalançı qatil balina" olaraq adlandırılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]