Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əkinçi”nin prinsiplərindən rəqəmsal dövrədək

“Əkinçi”nin prinsiplərindən rəqəmsal dövrədək

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan milli mətbuatının əsası sayılan “Əkinçi” qəzeti yalnız XIX əsrin maarifçilik tribunası kimi deyil, həm də müasir rəqəmsal jurnalistikanın əsas dəyərlərinin tarixi başlanğıcı kimi qiymətləndirilir. Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşr olunan qəzetin ana dilinin qorunması, obyektivlik, maarifçilik və cəmiyyətə xidmət prinsipləri bu gün də rəqəmsal medianın qarşısında duran əsas çağırışlarla səsləşir. Texnologiyalar dəyişsə də, həqiqətin çatdırılması və ictimai şüurun formalaşdırılması missiyası dəyişməz qalır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşı Hacıməhəmməd Mahmudov deyib. O bildirib ki, 1875–1877-ci illərdə Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşr olunan “Əkinçi” qəzeti Azərbaycanın ilk anadilli mətbuat orqanı olmaqla yanaşı, milli dirçəlişin, ictimai-siyasi və sosial-mədəni inkişafın istiqamətverici qüvvəsinə çevrilib. Qəzet feodal münasibətlərinə, dini xurafata və cəhalətə qarşı mübarizə apararaq xalqın maariflənməsinə və milli özünüdərk prosesinin formalaşmasına mühüm töhfə verib. M.F.Axundzadə, S.Ə.Şirvani və N.Vəzirov kimi görkəmli ziyalıların eyni ideya ətrafında birləşməsi də milli mətbuatın inkişafında mühüm rol oynayıb. XIX əsrin klassik çap mediası ilə XXI əsrin qlobal rəqəmsal jurnalistikası arasındakı əlaqənin aktuallığı, texnologiyalar dəyişsə də, əsas məqsədin eyni qalması ilə bağlıdır. “Əkinçi” zamanında informasiyanın insanları maarifləndirmək, həqiqəti əks etdirmək və ana dilini qoruyub saxlamaq funksiyası bu gün də rəqəmsal məkanda eynilə aktualdır. Keçmişin obyektivlik axtarışı modern dövrün saxta və yalan xəbərlərlə mübarizəsinə işıq tutur.

M.Hacıməhəmməd qeyd edib ki, “Əkinçi” qəzetinin başlıca prinsipləri fəaliyyət göstərdiyi qısa müddətdə milli mətbuatın həm ideoloji, həm də peşəkar sütunlarını inşa etdi. Qəzetin əsas xəttini maarifçilik və xəlqilik prinsipləri, elmi bilikləri rəsmi saray dilindən uzaq, xalqın başa düşdüyü sadə formaya salaraq cəmiyyəti savadlandırmaq təşkil edirdi. Həsən bəy Zərdabi ana dilinin saflığı və milli kimlik problemini ön plana çəkərək, ictimai düşüncəni ağır ərəb-fars tərkiblərindən təmizlənmiş Azərbaycan türkcəsi çevrəsində birləşdirdi. Bu addım milli mənlik və özünüdərk şüurunun oyanmasında hərəkətverici səbəb rolunu oynadı. Həmçinin qəzet çar Rusiyasının amansız senzura şəraitində belə özünün həqiqət və obyektivlik prinsipindən geri durmadı. Beləliklə, “Əkinçi” təkcə xəbər vasitəsi deyil, həm də milli jurnalistikanın dürüstlük, cəmiyyətə xidmət və ana dilinə hörmət kimi prinsipial dəyərlərinin əsasını qoyan bir qəzet oldu. “Əkinçi” ilə başlayan Azərbaycan mətbuat tarixi, ağır mexaniki çap maşınlarından bu günün qlobal rəqəmsal ekosisteminədək böyük bir texnoloji inkişaf yolu keçmişdir. XIX əsrdə qurğuşun hərflərlə çapdan internet portallarına, sosial şəbəkələrə keçid, informasiyanın günlərlə gecikməsi dövründən saniyələr içində qlobal auditoriyaya ötürülməsi dövrünə çatmaqla nəticələnib. Çap mətbuatının zaman və məkan kimi problemləri aradan qalxaraq, oxucunu passiv qəbuledicidən aktiv iştirakçıya çevirib.

Müsahibimizin sözlərinə görə, “Əkinçi” qəzetinin qarşısına qoyduğu klassik prinsiplər modern rəqəmsal dövrdə dəyişiklik prosesi keçirir. Keçmişin ənənəvi maarifçilik vəzifəsi bu gün böyük informasiya məkanında faydalı və etibarlı məlumatı seçib vizuallaşdıran müasir data-jurnalistikası formatı ilə əvəzlənib. Həsən bəy Zərdabinin ana dilinin saflığı uğrunda apardığı mübarizə isə bu gün rəqəmsal arenada sosial şəbəkələrin yaratdığı ciddi dil xətalarına və sürətli internet trendlərinə qarşı virtual müstəvidə davam edir. Azərbaycan dilinin internet platformalarında və rəqəmsal mediada düzgün qorunması qəzetin milli kimlik ideyasının birbaşa davamıdır. Ən kritik kəsişmə nöqtəsi isə obyektivlik məsələsində özünü büruzə verir. “Əkinçi”nin çar senzurasına və təzyiqlərinə qarşı nümayiş etdirdiyi cəsarətli dürüstlük xətti, XXI əsrdə qlobal təhlükəyə çevrilən saxta xəbərlərə qarşı yönəlmiş rəqəmsal fakt-yoxlama mexanizmlərinin əsas təməlini təşkil edir. Media formatları texnoloji cəhətdən nə qədər köklü dəyişsə də, dezinformasiya ilə mübarizədə tətbiq olunan peşəkar etika və obyektiv həqiqətin cəmiyyətə ötürülməsi məsuliyyəti keçmişdən gələn və gələcəyi şərtləndirən başlıca dəyərdir. “Əkinçi” qəzetinin təməlini qoyduğu milli mətbuat prinsipləri, XIX əsrin mexaniki çap maşınlarından XXI əsrin rəqəmsal ekosisteminədək keçən tarixi təkamül yolunda öz dəyərini və aktuallığını tamamilə qoruyub. Zaman keçdikcə media alətləri, xəbərin ötürülmə sürəti və auditoriyanın formatı köklü şəkildə dəyişsə də, jurnalistikanın cəmiyyət qarşısındakı fundamental maarifçilik missiyası və peşəkar məsuliyyəti sabit qalır.

“Azərbaycan mətbuatı texnoloji baxımdan böyük inkişaf yolu keçsə də, “Əkinçi”dən miras qalan ana dilinin qorunması, obyektivlik, milli kimlik, cəmiyyətə xidmət və peşəkar məsuliyyət prinsipləri bu gün də öz aktuallığını saxlayır. Klassik mətbuat irsi ilə rəqəmsal innovasiyaların vəhdəti gələcək Azərbaycan mediasının uğurlu inkişafının əsas şərtlərindən biridir”, - deyə Hacıməhəmməd Mahmudov fikrini yekunlaşdırıb.

Müxbir - Tünzalə Zeyvəliyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub