Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ekologiya ili”ndə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti böyük uğurlar qazanmışdır

Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Ekologiya ili” elan olunmuş 2010-cu ildə ARDNŞ ətraf mühitin mühafizəsi sahəsində böyük nailiyyətlər əldə etmişdir. İlk dəfə neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏМТQ) və ekoloji problemlərin həlli üzrə müvafiq monitorinqlər aparılmış, mövcud problemlər müəyyən edilmişdir. İl ərzində “Bibiheybətneft”, “Balaxanıneft”, “Siyəzənneft”, “Abşeronneft”, H.Z.Tağıyev, Ə.Əmirov və N.Nərimanov adına neft-qaz çıxarma idarələri (NQÇİ) ərazilərində, Muradxanlı və Qaraçuxur iriləşdirilmiş neft mədənlərində, həmçinin birgə müəssisə (BM) və əməliyyat şirkətlərinin (ƏŞ) ərazilərində neftlə çirklənmiş torpaqların təbii landşaftının bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. Xəzər dənizinin suyunun şirinləşdirilməsi məqsədi ilə “Neft daşları”nda gücü gündə 500 kubmetr, Çilov adasında isə gücü 300 kubmetr təşkil edən “Əks Osmos” tipli qurğular quraşdırılmış, “Azneft” İstehsalat Birliyinin (İB), Neft Kəmərləri İdarəsinin struktur bölmələrində “Biomass”, “KU-400”, “Topas 30” və “Topas 150” tipli bioloji təmizləyici qurğular tikilərək istismara verilmişdir. Bununla paralel olaraq neft-qaz yataqlarındakı dərin dəniz özüllərində və qurudakı mədənlərdə lay sularının qapalı sistemə keçirilməsi və utilizasiya sistemlərinin qurulması üzrə işlər davam etdirilmişdir.

Həyata keçirilən mühüm ekoloji layihələrdən biri də Bakı buxtasının təmizlənməsidir. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, 2007-ci ildən dəniz dibinin və səthinin təmizlənməsi istiqamətində görülən tədbirlər çərçivəsində Xəzərin Azərbaycan sektorunda batmış gəmi və metal qurğuların, həmçinin yarımbatmış metal konstruksiyaların toplanılması və çıxarılması işi davam etdirilmiş, ümumilikdə dəniz dibindən 32 min ton metal konstruksiya çıxarılmışdır. Eyni zamanda Bakı buxtası və Xəzər dənizinin sahil zolağı boyunca sağlam ekoloji mühitin yaradılması məqsədi ilə “Bulvar 1” gəmisi alınaraq istismara buraxılmışdır.

ARDNŞ tərəfindən ölkəmizdə ilk “Ekoloji park”ın yaradılması mühüm hadisədir. Bu parkda müasir tipli şitilxananın salınması, burada rekultivasiya olunmuş torpaqlarda toxum və şitillərdən ağac tinglərinin yetişdirilməsi üçün bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin çoxaldılması, suya və enerjiyə, resurslara qənaət etməyə imkan verən damcı suvarma sisteminin tətbiqi nəzərdə tutulmuşdur. Parkda diqqəti çəkən daha bir məqam elektrik enerji təchizatının alternativ enerji mənbələri hesabına ödənilməsidir. Bu sahədə böyük işlər görülmüş, ötən il parkda külək generatorları və günəş panelləri quraşdırılmışdır. İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasının icrası ilə bağlı tədbirlər çərçivəsində şirkətin müəssisələrində, habelə BM və ƏŞ-də İstilik Effekti Yaradan Qaz (İEYQ) mənbələrinin inventarlaşdırılması aparılmış, Təmiz İnkişaf Mexanizmi (TİM) layihələri hazırlanmış və TİM üzrə İcraçı Şurada qeydiyyatdan keçirilmiş, ARDNŞ-də karbon fondu yaradılmışdır. “İqlim dəyişmələrinə təsirin azaldılması üzrə ARDNŞ-in strategiyası” sənədi hazırlanmış və təsdiq edilmişdir. Ekologiya İdarəsi və Almaniya İqtisadi Tədqiqatlar İnstitutu tərəfindən birgə hazırlanmış strategiyada ARDNŞ-in istehsal sahələrində qaz atılmaları göstəriciləri, dünyanın aparıcı neft şirkətlərinin bu sahədə təcrübəsi, beynəlxalq və yerli ekspertlərin rəyləri nəzərə alınmışdır. “İqlim dəyişmələrinin azaldılması ilə əlaqədar Xəzəryanı neft-qaz şirkətlərinin təşəbbüsləri - regionlararası təcrübə mübadiləsi” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir. “Ekologiya ili”ndə ARDNŞ-in idarə və müəssisələrindəki avtonəqliyyat vasitələrindən atmosferə atılan zəhərli qazların ölçülməsi, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, hava mühitinin qorunmasına nəzarəti təmin etmək məqsədi ilə mövcud ekoloji-ölçmə məntəqələrində şirkətə məxsus nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi davamlı olaraq həyata keçirilmişdir. Eyni zamanda ARDNŞ-də ixrac qazlarının tərkibinin avro-2 normalarına uyğunlaşdırılması təmin edilmişdir.

Bundan əlavə şirkətdə “Tullantıların idarəedilməsi mərkəzi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün ARDNŞ ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant sazişi çərçivəsində tullantıların miqdarından asılı olaraq müvafiq emal texnologiyalarının seçilməsi, yerinə yetiriləcək işlərdə ətraf mühitə dəyən zərərin azaldılması üçün müvafiq tədbirlər görülür. Bu məqsədlə ARDNŞ ilə “Mİ-LLC” şirkəti arasında “Tullantıların idarəedilməsi mərkəzi” layihəsi üzrə texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üçün müqavilə imzalanmışdır. Prezident İlham Əliyevin “Ekologiya ili” çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında 3 milyon ağacın əkilməsi çağırışına qoşularaq ARDNŞ kollektivi il boyu mütəmadi olaraq iməciliklər, ağacəkmə aksiyaları keçirmiş, 100 mindən artıq müxtəlif növlü ağac və dekorativ kol bitkiləri əkilmişdir. ARDNŞ ekoloji layihələrin həyata keçirilməsində dünyanın bir çox tanınmış beynəlxalq təşkilatlarının etibarlı tərəfdaşıdır. 2010-cu ildə Qazaxstanın “Manqustaumunayqaz AC” şirkəti ilə əməkdaşlığın nəticəsi olaraq ARDNŞ-in nümayəndə heyəti Aktau şəhərində keçirilən biznes forumda iştirak etmiş, səfər çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Araz Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib