EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ “YER GÜNÜ” İLƏ ƏLAQƏDAR MÜXTƏLİF TƏDBİRLƏR KEÇİRİR
AZƏRTAC xəbər verir ki, XIX əsrin 40-cı illərindən keçirilən 22 Aprel - Yer günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il xüsusi tədbirlər planı həyata keçirir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparır. Bu münasibətlə Xətai rayonundakı 264 nömrəli məktəbdə dəyirmi masa təşkil olunmuşdur.
Tədbirdə çıxış edən nazirliyin məsul işçiləri məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar haqqında, eləcə də nazirlik tərəfindən bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat vermişlər. Məktəblilər ətraf mühitin mühafizəsi, ekoloji məsələlərlə bağlı fikir və mülahizələrini söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]