EKOLOJİ FƏLAKƏT: NEFT GÖLÜ İRTIŞA QARIŞA BİLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qazaxıstanın Semipalatinsk şəhərinin kənarındakı yeraltı neft gölü İrtış çayına yaxınlaşmaqdadır və tezliklə 450 kubmetr neft İrtışın sularına qarışa bilər. Bu həm Qazaxıstan, həm də Rusiya üçün ekoloji fəlakət deməkdir. Ekoloqların keçirdiyi yığıncaqda qeyd olunmuşdur ki, belə kəskin ekoloji problemə diqqət yetirilmir, keçən il neft gölünün ləğvinə büdcədən vəsait ayrılmamışdır. Bundan əvvəl, 58 quyu qazılsa da, bunun heç bir faydası olmamışdır. Artıq Semipalatinsk yaxınlığındakı torpaq neftlə çirklənmişdir. Əgər yaxın vaxtlarda bunun qarşısı alınmasa, ərazinin torpaq, su və bitki örtüyü ekoloji fəlakət zonasına çevrilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]