DÜNYA
Ekspert: əsirlərin dəyişdirilməsini Ukrayna-Rusiya münasibətlərinin tənzimlənməsinin başlanğıcı hesab etmək olar
Kiyev, 8 sentyabr, AZƏRTAC
Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsini iki ölkənin münasibətlərinin tənzimlənməsi istiqamətində işin başlanğıcı hesab etmək olar.
Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə Ukraynanın Siyasi Analiz və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik deyib.
Siyasi ekspert deyib ki, bununla da Prezident Vladimir Zelenski ölkənin əvvəlki rəhbərliyinin buraxdığı səhvləri düzəltmək gücündə olduğunu nümayiş etdirib. Digər tərəfdən, daxili və xarici təzyiqlərə baxmayaraq, o, ciddi kompromislərə getməyə hazır olduğunu göstərib.
Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutub. Ukraynanın 35, Rusiyanın isə 33 əsir və girovu qaytarılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev