Ekvadorda etirazçılar prezident kortejinə hücum ediblər
Bakı, 30 sentyabr, AZƏRTAC
Ekvadorda yanacaq qiymətləri ilə bağlı etiraz aksiyasının iştirakçıları prezident Daniel Noboanın kortejinə hücum ediblər.
AZƏTAC CNN telekanalına istinadla xəbər verir ki, təxminən 350 nəfər dövlət başçısının kortejinə fişənglər, molotov kokteyli və daş atıb. Avtomobilləri qoruyan 50-yə yaxın əsgər hücumu dəf etməyə çalışıb.
Ekvador Prezidentinin administrasiyası bildirib ki, avtomobil karvanında yüksəkvəzifəli şəxslər, o cümlədən bir neçə xarici diplomat da olub. Onlar prezidentlə birlikdə humanitar yardım çatdırmaq üçün gedirdilər. İnsident zamanı xəsarət alan olmayıb.
Telekanalın məlumatına görə, ölkədə iğtişaşlar səkkizinci gündür davam edir. Etirazlar hökumətin dövlət xərclərini azaltmaq, neft qaçaqmalçılığı ilə mübarizə və sosial proqramlar üçün vəsait əldə etmək məqsədilə yanacaq subsidiyalarını dayandırdığını elan etməsindən sonra başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir VİDEO
- 02.10.2026 [11:35]