Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir FOTO

“Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimləri bunu bir daha təsdiq etdi

Naxçıvan, 13 iyun, AZƏRTAC

Yüksək döyüş qabiliyyətinə malik qüdrətli ordu ölkəsini, yurdunu sevən hər bir vətənpərvər insanın fəxarət ünvanı, qürur mənbəyidir. Çünki ordumuz ölkəmizin qüdrəti, elimizin, obamızın güvən yeridir. “Hər bir uğurlu diplomatiyanın arxasında kəskin qılınc dayanır” deyimi də bu baxımdan təsadüfən yaranmayıb.

Ordumuzun qüdrəti - Aprel döyüşləri, Günnüt zəfəri

Ordunun döyüş qabiliyyətini, gücünü isə yalnız iki halda müəyyənləşdirmək olar: birincisi, müharibədə, ikincisi, sülh şəraitində genişmiqyaslı hərbi təlimlərdə. Birinci məqam barədə birmənalı şəkildə onu deyə bilərik ki, son dövrlər Azərbaycan Silahlı Qüvvələri və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu təcavüzkar düşmənin təxribatlarına qarşı ildırımsürətli cavab zərbələrində öz gücünü, qüdrətini artıq dünyaya nümayiş etdirib. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri ölkəmizin hərbi gücünü, ordumuzun peşəkarlığını, döyüş qabiliyyətini göstərən qələbə tarixləridir.

İkinci məqam barədə danışarkən dünyanın məşhur hərb xadimlərinin fikirlərini yada salmaq yerinə düşərdi. Onlar təlimlərin keçirilməsinin və bu zaman əldə edilən nəticələrin əhəmiyyətini vurğulayaraq qeyd ediblər ki, təlimlər zabitin də, gizirin də, əsgərin də həyatında olduqca önəmlidir, çünki bu sınaq onların hərbi bacarığını, səriştəsini qiymətləndirməyə imkan verir. Kim təlimdə fərqlənirsə, deməli, müharibə meydanında qələbə onundur. Bu mənada, təlimləri “hərbçilərin akademiyası” adlandırmaq səhv olmazdı. Reallıq budur ki, ən mühüm hərbi əməliyyat tədbiri olan təlimlər şəxsi heyətin döyüş vərdişlərinin möhkəmləndirilməsində, qələbəyə olan inamın formalaşmasında başlıca rol oynayır. Bu gün ölkəmizdə, o cümlədən Naxçıvanda müxtəlif formalı təlimlərə üstünlük verilməklə döyüş hazırlığı səviyyəsi daim yüksəldilir. Eyni zamanda, təlimlərdə qoşunların döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, döyüşdə iştirakı, həmçinin maddi-texniki təminat məsələləri yoxlanılır. Bu baxımdan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-11-də Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin keçirdiyi “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimləri əhəmiyyətli nəticələri ilə yadda qaldı.

“Sarsılmaz qardaşlıq - 2019” sarsılmaz birliyimizi, qüdrətimizi bir daha təsdiq etdi

Təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Bu, təlimin genişmiqyaslı olduğunu bir daha göstərir. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanması birliyimizin, həmrəyliyimizin daim yeni-yeni qələbələrə yol açacağının müjdəçisinə çevrildi. Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqlarının “SU-25” hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunması isə iki qardaş ölkə arasındakı səmimi, qarşılıqlı, faydalı əlaqələrin, strateji tərəfdaşlıq münasibətlərinin təcəssümü idi.

İyunun 11-də təlimin uğurla başa çatmasından sonra şəxsi heyətlə görüş zamanı çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır”.

Hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edildi

Düşmənlərimizi təşvişə salan, dosta qürur yaşadan həmin təlimlərdə iştirak edən Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının bölmələri qardaş ölkənin hərbçiləri ilə birlikdə təlim planında qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirməklə yüksək döyüş qabiliyyəti nümayiş etdiriblər. Fəxrlə deyə bilərik ki, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunub, hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edilib. Nüfuzlu hərbi ekspertlərin də vurğuladıqları kimi, bu, çox yüksək nəticədir və dünyanın yalnız ən qüdrətli orduları təlimlərdə bu nəticələri əldə edə bilirlər.

Maraqlı bir məqam da ondan ibarətdir ki, həmin ordular başqa ölkənin silahlı qüvvələri ilə birlikdə təlim keçirdikdə bu göstərici bəzən çox aşağı düşür. Bunu milli amillərlə, əməkdaşlığın, koordinasiyanın zəif olması ilə əlaqələndirənlər az deyil. Bu baxımdan “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimlərində hər iki ölkənin silahlı qüvvələrinin şəxsi heyəti verilən döyüş tapşırıqlarını peşəkarlıqla yerinə yetirməklə, eyni zamanda iki ordu arasındakı əməkdaşlığın, koordinasiyanın yüksək səviyyədə olduğunu nümayiş etdirdilər. Təlimdə qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi də diqqətçəkən əsas məqamlardandır.

Bu, belə də olmalıdır. Azərbaycan ilə Türkiyənin qonşuluq, dostluq münasibətləri region ölkələri üçün nümunədir. Bu əlaqələri xarakterizə edən əsas məqam isə təmənnasız qardaş köməyi, qardaş dəstəyidir. Tarixboyu bu iki ölkə qarşılıqlı olaraq bir-birinə daim dəstək olub. Azərbaycanlılar Çanaqqalada, Türk Qurtuluş Savaşında Türkiyə uğrunda canlarını fəda ediblər, türkiyəli qardaşlarımız isə həm 1918-ci ildə, həm də ötən əsrin 90-cı illərinin əvvəllərində bizə arxa-dayaq olublar. Bu gün isə iki qardaş ölkə çiyin-­çiyinə verərək çox mühüm qlobal layihələri gerçəkləşdirir, regionun təhlükəsizliyi üçün əsaslı addımlar atır.

Silahlı qüvvələrimizdə yüksək vətənpərvərlik və birlik vardır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri şəxsi heyətlə görüşündəki çıxışında digər bir mühüm məqama diqqət çəkib. Ali Məclisin Sədri deyib: “Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır”.

Ordumuzun aparıcı hissəsini, heç şübhəsiz, gənclər təşkil edir. Bu mənada, onların əsl vətənpərvər kimi yetişməsi və öz üzərlərinə düşən tarixi missiyanı ləyaqətlə yerinə yetirməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Çünki vətənpərvərlik elə ali duyğudur ki, bu duyğu insanı zirvələrə yüksəldir, ona qəhrəmanlıq, fədakarlıq, məğlubedilməzlik, torpağa, xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas istiqamətləri müəyyənləşdirir. Sevindirici haldır ki, ordumuzun şəxsi heyəti müdafiə qüdrətini artırmaq və düşmənə həlledici zərbə endirmək üçün istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından daim ciddi irəliləyişlərə imza atır, bununla da, dövlətin və xalqın etimadını doğrultmağa çalışır. “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimlərində də bunun şahidi olduq.

Naxçıvanda ordu quruculuğu sahəsində çox böyük nailiyyətlər qazanılıb

Bu gün Əlahiddə Ümumqoşun Ordu özünün yüksək döyüş qabiliyyəti, nizam-intizamı və silah-sursat təchizatı ilə NATO kimi qüdrətli hərbi-siyasi təşkilatda Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə qərarlaşan, Avropada isə analoqu olmayan Türkiyə Silahlı Qüvvələri ilə birgə keçirdiyi hərbi təlimlərdə öz gücünü nümayiş etdirə bilirsə, bu, o deməkdir ki, biz ordu quruculuğu sahəsində çox böyük nailiyyətlər qazanmışıq. Bu həm də o deməkdir ki, 30 ildir, blokada vəziyyətində yaşayan Naxçıvanın müdafiəsi yüksək səviyyədə təşkil olunub. Yəni bu gün Əlahiddə Ümumqoşun Ordu qədim diyarın sürətli yüksəlişinin, tərəqqisinin qarantına çevrilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kim: “Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”. “Sarsılmaz qardaşlıq - 2019” birgə döyüş atışlı taktiki təlimləri artıq bunun reallığa çevrildiyini bir daha təsdiq etdi.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib