ƏLAQƏLƏR DAHA DA MÖHKƏMLƏNİR
Noyabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Faiz Məhəmməd Xosonu qəbul etmişdir.
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə səfir Faiz Məhəmməd Xoso öz ölkəsi ilə Azərbaycan arasındakı münasibətlərin və əlaqələrin genişlənməsini yüksək qiymətləndirmiş, əməkdaşlığın bir çox sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Sonra səfir öz ölkəsindəki ictimai-siyasi proseslər barədə nazirə məlumat vermişdir.
Öz növbəsində xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə və əməkdaşlığın gələcək perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulamış, qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [18:50]
Kolumbiya mətbuatı: Azərbaycan - qlobal diqqətin yeni mərkəzi
- 23.06.2025 [13:18]
Şirazi İbrahimov: 1988-ci il deportasiyası olanda 15 yaşım var idi
- 23.06.2025 [12:52]