“ELCELL” ŞƏBƏKƏSİ ƏHATƏ DAİRƏSİNİ GENİŞLƏNDİRİR
“DataCeM LLC” Birgə Müəssisəsi genişzolaqlı «Elcell» şəbəkəsinin əhatə dairəsini genişləndirir. Artıq birgə müəssisə bu məqsədlə Bakının Badamdar qəsəbəsində yeni baza stansiyaları quraşdırır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, hazırda oxşar işlər Bayıl qəsəbəsində də aparılır.
İndiyədək simsiz şəbəkə xidməti ilə Sabunçu, Xırdalan, Biləcəri, Binəqədi, Maştağa, Mərdəkan, Bilgəh, Buzovna, Nardaran, Şüvəlan, Günəşli, Yeni Günəşli, Bakıxanov, Hövsan və digər yaşayış məntəqələri əhatə olunmuşdur.
Xidmət ABŞ-ın «Arraycomm» şirkətinin «iBurst» texnologiyasının bazasına əsaslanır. Bu texnologiyanın əsas üstünlükləri sərbəstlik, trafikin yüksək sürətlə ötürülməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]